Accessibility links

İtaliyadakı kanat yolu qəzasında azı 14 nəfər ölüb


Bazar günü İtaliyanın Macore gölünü yaxınlıqdakı dağla birləşdirən kanat yolunun qırılması nəticəsində ikisi uşaq olmaqla, azı 14 nəfər həyatını itirib. 2 yaşlı uşağın hadisə yerində, 9 yaşlı uşağın isə xəstəxanada öldüyü bildirilib.

Stresa-Mottarone kanat yolu turistlər və yerliləri 20 dəqiqə ərzində məşhur Stresa şəhərindən Macore gölünün üzərindən dəniz səviyyəsindən 1400 metr yüksəyə, Mottarone dağının təpəsinə çıxarır.

“Bu çox ciddi qəzadır,” milli dağ xilasetmə xidmətinin sözçüsü Volter Milan RaiNews televiziya kanalına bildirib.

O, iki uşağın helikopterlə Turin şəhərindəki uşaq hospitalına aparıldığını bildirib.

Milan bildirib ki, onlara gündüz saat 12-dən bir az sonra hadisə ilə bağlı zəng gəlib. O əlavə edib ki, kanat yolu çox yüksəkdən düşüb və hazırda “əzilmiş halda” aşağıdakı meşəlik ərazidədir.

İtaliyanın ANSA xəbər agentliyi hadisədən öncə kanat yolunda 11 nəfərin olduğunu bildirib.

Kanat yolu pandemiya məhdudiyyətlərinin tədricən aradan qaldırılmasının ardınca yenicə təkrar istifadəyə verilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG