Accessibility links

İtaliyada koronavirusa yoluxma hallarında azalma müşahidə olunur


Yeni koronavirus epidemiyası nəticəsində ən çox ölüm hallarının qeydə alındığı İtaliya çərşənbə günü ardıcıl olaraq üç gün boyunca yeni ölüm və yoluxma hallarının azaldığını bildirib.

Bazar ertəsi 601 nəfər həyatını itirib ki, bu böyük bir rəqəmdir, lakin şənbə günü qeydə alınan 800 ölüm halından daha azdır.

İtaliyada koronavirusdan 6.000-dən çox insan ölüb və orada Çindən sonra ən çox yoluxma halları baş verib. İtaliya rəsmilər dünya boyu yayıılan bu virusun ölkədə yayılmasının qarşısını almaq üçün ölkə boyu blokada tətbiq edib.

Bir zamanlar ən çox yoluxma hallarının olduğu ölkələrdən biri olan Cənubi Koreya çərşənbə günü 76 yeni yoluxma faktı qeydə alınıb. Bu artıq 13-cü gün idi ki, orada yoluxma halları 100-dən az olur.

Bu arada isə Çində də irəliləyişlər əldə olunub. Belə ki, çərşənbə axşamı orada ölkə daxilində yalnız dörd yoluxma halı qeydə alınıb. Lakin orada virusun geri qayıdacağına dair narahatlıqlar var, çünki ölkədə başqa ölkələrdən gələn insanlar arasına yoluxma halları artıb. Çərşənbə günü xaricdən gələn insanlar arasına koronavirusa yoluxma halları 74-ə çatıb.

Rəsmilər deyir ki, pandemiyanın episentri olan Hubey vilayətində insanlar iki ay davam edən blokadadan sonra nəyahət vilayəti tərk edə biləcək.

Virusun yayılması ilə bağlı narahatlıqlar səbəbilə dünya boyu hökümətlər səyahət qadağaları tətbiq edir.

Kuba çərşənbə axşamından başlayaraq ölkəyə turistlərin daxil olmasına qadağa qoyur. Ölkədə olanlar məcburi karantinə alınacaqlar, Kuba vətəndaşları isə adanı tərk edə bilməyəcək.

Cənubi Afrikanın prezidenti Kiril Ramafosa cümə axşamından başlayaraq üç həftəlik blokada tətbiq edir. Orada yoluxma halları 554-ə çatıb.

Birləşmiş Ştatlar əhalisinin üçdə birinə isə ştat qubernatorları tərəfindən evdə qalmaq göstərişi verilib.

XS
SM
MD
LG