Accessibility links

İtaliyada koronavirusdan ölənlərin sayı 30 mini keçdi


İtaliya cümə günü ABŞ və Britaniyadan sonra koronavirus səbəbilə 30 mindən çox insanın öldüyü üçüncü ölkə oldu.

İtaliya cümə günü 243 yeni ölüm halının qeydə alındığını bildirib. Martın sonunda isə gündəlik 900-dan çox ölüm halı qeydə alınırdı.

İspaniyanın Madrid və Barselona şəhərləri ölkənin digər ərazilərində olduğu kimi koronavirusla bağlı tətbiq olunan məhdudiyyətləri yüngülləşdirməyəcəklərini açıqlayıb, çünki orada yoluxma halları hələ də çox yüksəkdir.

İspaniyada qeydə alınan 223 min yoluxma halının demək olar yarısı Madrid və Kataloniya vilayətlərinin payına düşür.

Avropa boyu ölkələr İkinci Dünya Müharibəsinin başa çatmasının 75-ci ildönümü koronavirus apndemiyası səbəbilə daha az təntənə ilə qeyd edib. İctimai tədbirlər ləğv olunub, avropalılara bayramı evdə qeyd etmələrinə dair göstəriş verilib.

Kraliça II Elizabet televiziya vasitəsilə çıxış edərək müharibə və koronavirus məsələlərinə toxunub.

"Mən bu gün ölkəmizə baxıb, bizim bir-birimizi qoruyub, dəstəkləmək üçün nələr etməyə hazır olduğumu görəndə, fərəhlə deyə bilərəm ki, biz hələ də o cəsur əsgərlərin, dənizçilərin və hərbi təyyarəçilərin heyran olduğu millətik”, o deyib.

Nifrət virusu

Birləşmiş Millətlər Təşkilatının başçısı Antonio Quttereş cümə günü xəbərdarlıq edib ki, koronavirus pandemiyası dünya boyu nifrətə səbəb olmağa davam edir və o, bu tendensiyanın qarşısını almaq üçün qlobal səylərin görülməsinə çağırıb.

“Bizim bu pandemiyaya qarşı mübarizə aparmaq üçün həmrəy olmağa ehtiyacımız var. Lakin pandemiya nifrət və ksenofobiya tsunamisinə səbəb olmağa davam edir”, baş katib deyib.

Quterreş deyib ki, “onlayn məkanda və küçələrdə xaricilər əleyhinə hisslər yaranıb. Anti-semitik konspirasiya nəzəriyyələri yayılın və COVID-19-la əlaqədar olaraq müsəlmanlara qarşı hücumlar baş verib”.

XS
SM
MD
LG