Accessibility links

İtaliyada matəm elan olunub


Çərşənbə axşamı liman şəhər Genovada Morandi körpüsünün çökməsindən sonra şənbə İtaliyada matəm elan olunub. Hadisə nəticəsində 42 həyatını itirib.

Bu gecə xilasedicilər dağıntıların arasından daha üç cəsəd çıxarıb. İtaliyanın dövlət radiosu isə şənbə səhər də bir cəsədin tapıldığı barədə xəbər verib. Rəsmilər itkin düşənlərin hər birinin artıq tapıldığını bildirib.

Lakin qurbanların ailələrinin bəziləri iştirak etməkdən imtina edib.
Xilasedicilər və mülki müdafiə idarəsinin üzvləri dəfn mərasimlərinə daxil olanda alqışlarla qarşılanıb. Rəsmilər Genovada sərgi mərkəzindən kilsə kimi istifadə edib.

Binada mərasim üçün güllər və şəkillər yerləşdirilib.

Sərgi mərkəzinin önündə xidmətdə iştirak etmək üçün oraya İtaliyanın bir çox yerindən gələn italiyalılar və turistlər üçün böyük ekranlar yerləşdirilib. Bir çoxları qurbanların ailələrinə həmrəylik nümayiş etdirmək üçün mərasimdə iştirak etdiklərini bildirib, çünki onların başına gələn hər kəsin başına gələ bilərdi.

Xidmətə Genovanın arxiyepiskopu cardinal Angelo Baqnasko başçılıq edib. Mərasimdə dövlət başçısı Sercio Matarella və baş nazir Cuzeppe Konte də daxil olmaqla İtaliyanın yüksək səviyyəli rəsmiləri və siyasətçiləri iştirak edib.

Digər qurbanların ailə üzvləri isə cəsədləri doğulub başa çatdıqları yerdə torpağa tapşırmaq istəyib. Onların bəziləri sevdiklərinin yanlış dizayn və quruluş səbəbilə baş verən qəzada ölməsinə qəzəbləndikləri üçün dövlətin dəfn mərasimində iştirak etməkdən imtina edib.

Xidmətdən öncə fəlakətin baş verdiyi ərazini və xəstəxanda yaralıları ziyarət edən prezident körpünün çökməsini “absurd və qorxulu”adlandırıb və bu faciənin “təkcə Genova deyil, bütün ölkənin başına gəldiyini”söyləyib.

Hökümət körpünün aşmasının səbəbini araşdırmaq üçün komissiya təsis edib. Bu faciə İtaliyada ölkənin infrastrukturunun durumu ilə bağlı böyük müzakirələrə səbəb olub.

İtaliyanın avtomagistral sistemini idarə edən Autostrade per l’Italia şirkəti şənbə Genovada mətbuat konfransı keçirərək, hadisə qurbanlarının ailələri və evlərini evakusiya etməli olan yüzlərlə insanı dəstəkləmək üçün görəcəyi tədbirlər barədə məlumat verəcəyinə söz verib.

XS
SM
MD
LG