Accessibility links

İtaliyada sürətli qatar relsdən çıxıb


Cümə axşamı erkən saatlarda İtaliyanın şimalındakı Lodi əyalətində hərəkət halında olan yüksək sürətli qatarın relsdən çıxması nəticəsində iki maşinist həyatını itirib və 27 sərnişin yaralanıb. Qəza Milan ilə Boloniya arasındakı sıx yolda nəqliyyatın hərəkətinə mane olub.

Hadisə yerindən olan görüntülərdə qatarın ön mühərriki və sonuncu sərnişin vaqonunun relsdən çıxaraq yanı üstə aşıb. Qatarın bir hissəsi isə relslərə yaxın olan binaya çırpılıb.

Lodi əyalətinin nümayəndəsi Marcello Cardona jurnalistlərə verdiyi açıqlamada xoşbəxtlikdən hadisə yerində ölənlərin sayının çox olmadığını bildirb.

Rəsmilər səhər 5:10 radələrində Milandan Salerno şəhərinə doğru yola çıxan qatarda cəmi 33 nəfər sərnişinin olduğunu bildirib.

İtaliyanın dövlət dəmir yolları idarəsi qəzanın araşdırıldığını söyləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG