Accessibility links

İtaliyadan qayıdan ölkə vətəndaşları karantinə alınıb


"İtaliyada təhsil alan və ölkəyə dönən Azərbaycanlı tələbələrin müayinəsinin həyata keçirilməsinin təşkilinə Təcili Tibbi Yardım Xidmətinin ambulansları cəlb edilib".

Bu barədə martın 12-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat yayılıb.

Birlik bildirib ki, prosedur qaydalarına uyğun olaraq, tələbələr hava limanından götürülərək karantin xəstəxanasına yerləşdirilib və müşahidə altına alınıblar:

"Onların heç birində xəstəlik əlamətləri aşkarlanmayıb. Karantinə yerləşdirilən şəxslərin müayinəsi davam etdirilir."

Məlumatda onların sayı göstərilmir. Amma bəzi yerli saytların məlumatına görə, onların sayı 20-dən çoxdur.

Azərbaycanda 15 nəfər koronavirusa yoluxma halı aşkarlanıb. Onlardan 3 nəfəri müalicə olunaraq sağalıb və evə buraxılıb. Hazırda xüsusi rejimli xəstəxanalarda 12 nəfərin müalicəsi davam etdirilir.

Bir neçə yüz insan isə karantində saxlanılır. Virusa yoluxanların və karantində saxlanılanların böyük əksəriyyəti İrandan gələnlərdir.

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Bir müddət sonra bu virus Azərbaycanın qonşusu - İranda da özünü kəskin şəkildə göstərməyə başlayıb. Bundan sonra bir sıra ölkələr İranla sərhədi bağlayıb. Azərbaycan isə bəzi qonşu ölkələrdən bir qədər gec - yalnız fevralın 29-da iki həftəlik İranla dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar verdiyini açıqlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG