Accessibility links

İtaliyanın şimalında və Fransada güclü fırtınadan sonra 7 insan cəsədi aşkar edilib


Həm Fransa, həm də İtaliyanın rəsmiləri bazar günü yağan leysan yağışların evləri və yolları dağıtmasındsan sonra sərhəddəki Nis yaxınlığında yeddi cəsəd aşkar edildiyini bildirib.

Cəsədlərdən beşi İtaliyanın şimal-qərbində, Fransa sərhədinə yaxın Ventimilia və Santo Stefano al Mare şəhərləri arasındakı sahil bölgəsində aşkar edilib.

İtalyanın xilasetmə dəstələri biri çoban olmaqla, Fransada daha iki cəsəd tapıb. Digər cəsəd Saint-Martin-Vésyubi kəndində selin apardığı bir avtomobildə aşkar edilib.

Beləliklə keçən cümə günü regionda şiddətli yağışlar və güclü küləklərdən sonra sərhəd bölgəsində aşkar edilən cəsədlərin sayı 9-a çatıb. Fransa yanğınsöndürənləri daha 21 nəfərin itkin düşdüyünü, onlardan 8-nin itkin düşməsinə fırtınanın səbəb olduğunu bildirib.

Pis hava şəraiti nəticəsində milyonlarla avro zərər vurulduğu deyilir. İtaliyada bir neçə körpü dağılıb, bəzi şəhərlərdə küçələr zibil, palçıq və aşan avtomobillərlə dolub.

Piedmont regionunun rəsmiləri İsveçrənin yaxınlığındakı Sambuyetto şəhərində 24 saat ərzində rekord səviyyədə - 630 mm. yağış yağdığını bildirib.

Fransada itkin düşənləri axtarmaq və əlaqələri bərpa etmək üçün Alp-Maritimes bölgəsinə təxminən 1000 xilasetmə qrupu cəlb edilib. Yerli rəsmilər bölgədəki iyirmidən çox ibtidai və orta məktəbin bağlandığını bildirib.

Baş nazir Jan Kastenin şənbə günü bildirdiyinə görə, 10 saatdan az bir müddətdə 500 mm.-ə qədər yağış yağıb.

Şərhlərə bax

XS
SM
MD
LG