Accessibility links

İtaliyanın cənubundakı yaşayış kompleksində aşkarlanmış COVID-19 halları gərginliyə səbəb olub


İtaliyanın cənub bölgəsinin qubernatoru cümə günü israrla yay mövsümündə məhsul toplayan bolqarların yaşadığı mənzil kompleksində COVID-19 aşkarlandıqdan sonra onların 15 gün müddətinə karantinə alınmasını tələb edib. İşçilərin hətta yemək üçün evdən çıxmamasını istəyib.

Campania qubernatoru Vincenzo De Luca jurnalistlərə deyib ki, mülki müdafiə agentliyi Neapoldan təxminən 50 kilometr şimal-qərbdə dəniz kənarı şəhəri Mondraqone mənzillərindəki təxminən 700 sakinə ərzaq dəstəyinin verilməli olduğunu deyib.

De Luca deyib ki, kompleks "sərt izolyasiya" şəraitində saxlanılmalıdır.
Bu isə o deməkdir ki, 15 gün ərzində 50 nəfərin yoluxduğu təsdiqləndiyi mənzillərə "heç kim giriş və çıxış edə bilməz".

Koronavirusun yayılması zamanı xəstəlik əleyhinə tədbirlərdə sərt xətti ilə tanınan De Luca qaynar nöqtədəki yoluxma hallarının 100-ə çatacağı təqdirdə 30 min əhalisi olan Mondraqoneni tamamilə karantinə bağlamağa söz verib.

Mənzil kompleksi həftənin əvvəlində karantinə alınıb. Bir neçə yoluxma halı üzə çıxdıqdan sonra sakinlərə koronavirus testlərinən keçmək tapşırığı verlilib.

Campania bölgəsi yaşayış kompleksində sərt karantin tətbiq etmək üçün polisdən dəsətək tələb edib. De Luca həmçinin Daxili İşlər Nazirliyinin ordunun köməyindən istifadə etməyə icazə verdiyini bildirib.

Bolqar işçilər hal-hazırda Mondraqone yaxınlığındakı fermalarda lobya və digər tərəvəzlərin yığımı ilə məşğul olur. Pandemiya zamanı Campaniada 4660 yoluxma və 431 ölüm qeydə alınıb. Bu isə ölkədəki yoluxma və ölümlərlə müqayisədə çox kiçik görünür.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG