Accessibility links

İtaliyanın təhsil naziri vəsait çatışmazlığı səbəbilə istefa verib


Lorenzo Fioramonti
Lorenzo Fioramonti

İtaliyanın təhsil naziri Lorenzo Fioramonti dekabrın 25-də hökumətdən ölkənin məktəb və universitetlərini inkişaf etdirmək üçün lazım olan milyardlarla avro pul ala bilmədikdən sonra istefa verdiyini söyləyib.

Onun istefası İtaliya hökumətinə zərbədir. Hökümətdəki hakim partiyalar Avrozona islahatından tutmuş miqrant hüquqlarına kimi bir çox məsələlərdə ziddiyyətli fikirlərə sahibdirlər.

Bundan əlavə Fioramentinin istefası mənsub olduğu anti-isteblişment olan 5 Ulduz Hərəkat partiyasında problemlərin olduğunu vurğulayır. Belə ki, partiya lider Luici Di Mayo ilə bağlı geniş yayılmış daxili narazılıqlar fonunda yenidən təşkil olunmağa çalışır.

Fioramonti Reuters-ə açıqlamasında bildirib ki, o, istefası ilə bağlı qəti qərarı dekabrın 23-də baş nazir Cüzeppe Konteyə göndərdiyi məktubda bildirib.

Bu ay 5-Ulduz Hərəkatından üç senator mövqelərini dəyişərək müxalifətdəki sağçı Liqa partiyasına qoşulub.

Fioramonti 5-Ulduz və mərkəz-solçu Demokrat Partiyaları sentyabr ayında hökümət yaradandan qısa müddət sonra 2020-ci il büdcəsində təhsil xərcləri 3 milyard avro artırılmadığı təqdirdə vəzifəsindən istefa vərəcəyini söyləmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG