Accessibility links

İtaliyanın turist məkanları ziyarətçilər üçün açıqdır


İtaliyanın turist məkanları ziyarətçilər üçün açıqdır
please wait

No media source currently available

0:00 0:02:13 0:00

İtaliya koronavirus pandemiyasının ən ağır təsirinə məruz qalan ölkələr arasındadır. İndi bu ölkə xarici turistlərə öz məkanlarını açmağa başlayıb. Lakin öncələr olduğu kimi İtaliya şəhərlərində çoxsaylı insan olacağı gözlənilmir.

Adi bir turist izdihamı olmadan da Sistin Kapellasının tavanındakı Mikelancelonun "Son Qiyamət Əzəməti" əsəri Romadakı çox az adamın qaçırmaq istədiyi bir fürsətdir. Çoxları üçün bu, Roma papalarının seçildiyi rəngarəng otağı görmək həyatda bir dəfə verilən imkan ola bilər.

80 gün bağlı olan Vatikan muzeyinin açılışı Romanın ən böyük tədbirlərindən biridir.

Ziyarətçilər üzlərində maskalarla muzeyə giriş üçün növbələrdə dayanıb.

Muzeyin direktoru Barbara Catta səbirlə gözləyən ziyarətçiləri salamlayıb.

Pierangelo Vernizzi və onun xanımı Romada yaşadıqları üçün muzeyin açılışının ilk günü ziyarətçilər arasında olub. O, muzeyin turistsiz olduğunu görməyin onu təəccübləndirdiyini deyir.

“Bu fürsətdən istifadə etdik. Çox az sayda adam var. Uzun növbə yoxdur. Uzun müddət gözləmək lazım deyil. Vatikan muzeyini ziyarət etmək, görmək və əylənmək daha asan olub.”

Əvvəlcədən yazılmaq, maska taxmaq və sosial məsafə saxlamaq icbaridir.

Muzeyin direktoru Barbara Catta muzeyin açılışını sevinclə qarşılayıb.

“Muzeyimizi paylaşma, tarix, sənət, eyni zamanda imanla ümumbəşəri irsimizi bölüşmək missiyasını davam etdirmək iradəsi ilə açırıq. Beləliklə, bunun hamı üçün qapıları açıq bir ev olması vacibdir.

Rafael otaqlarındakı restovrasiya olunmuş eksponatların və bu qeyri-adi muzeyin digər xəzinələri ziyarətçilər üçün açıqdır.

Ötən il 7 milyon insanın ziyarət etdiyi digər bir məkan - Kolizey də turistlər üçün açılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG