Accessibility links

İtkin düşən hərbçilərin valideynləri aksiya keçirib


İtkin düşən hərbçilərin valideynləri aksiya keçirib
İtkin düşən hərbçilərin valideynləri aksiya keçirib

Aprelin 9-da İkinci Qarabağ Müharibəsi zamanı itkin düşmüş bir qrup hərbçinin valideynləri Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) binası qarşısında aksiya keçirib. Valideynlər DTX-nin rəisi Əli Nağıyev tərəfindən qəbul edilmələrini istəyib.

“Ötən dəfə qəbuldan sonra iki nəfər itkin hərbçiinin nəşi tapılıb ailəsinə verildi. Ümid edirik ki, bu dəfə qəbuldan sonra da axtarış sahəsində bir irəliləyiş olar,” valideynlərdən biri deyib.

Digər valideyn bildirib ki, 7 aydır övladından xəbər yoxdur.

“Axtarış yaxşı təşkil edilmir. Bizim övladlarımız yalnız döyüş gedən ərazilərdə deyil, Ermənistanda da axtarılmalıdır. Biz etiraz edirik, dövlət qurumları qəbul edir, amma bir nəticəsi yoxdur. Çünki axtarış işləri hərtərəfli təşkil edilməyib,” o qeyd edib.

Valideynlər həmçinin prezident İlham Əliyev tərəfindən qəbul edilmələrini istəyib.

Cümə axşamı valideynlər Prezident Adminisrasiyanın qarşısında etiraz etdikdən sonra baş prokuror Kamran Əliyev onların qarşısına çıxıb və valideynləri qəbul edib.

Valideynlərin əksəriyyəti övladlarının Ermənistan tərəfdə əsirlikdə olduğunu güman edir.

Müdafiə Nazirliynin məlumatına görə, İkinci Qarabaş müharibəsində 64 nəfər itkin düşüb. Onlardan bir neçəsinin nəşi son aylarda tapılaraq ailələrinə təhvil verilib.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb və bu 30 illlik münaqişənin davamı olub.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Bəyanatda əsir və girovların qaytarılması məsələləri də əksini tapıb.

XS
SM
MD
LG