Accessibility links

İtkin düşmüş belaruslu fəal Kyivdə ölü tapılıb


Belaruslu fəal itkin düşdüyü bildiriləndən bir gün sonra, çərşənbə axşamı Kyivdə evinin yanındakı bir parkda ölü halda tapılıb. Bu barədə Ukrayna polisi məlumat verib.

Kyivdə belaruslara təqibdən qaçmağa yardım edən təşkilata başçılıq edən Vitali Şişov bazar ertəsi qaçışdan sonra evə dönmədiyi üçün partnyoru polisə onun itkin düşdüyünü bildirib.

Polis qətl şübhəsi ilə vinayət işi açdıqlarını, lakin intihar kimi göstərilən qətl daxil olmaqla, bütün ehtimalları araşdıracaqlarını bildirib.

“Dünən Kyivdə itkin düşən Belarus vətəndaşı Vitali Şişov bu gün Kyiv parklarının birində, evinə yaxın bir yerdə asılmış vəziyyətdə tapılıb,” polis bəyanatında bildirilib.

Ötən il Belarusda keçirilən mübahisəli seçkilərin ardınca Prezident Aleksandr Lukaşenkonun təqibləri səbəbilə belaruslar təhlükısizlik axtarışında Ukrayna, Polşa və Litvaya üz tutublar.

Şişov Ukraynada Belaru Evi (BDU) adlı qrupa rəbərlik edirdi. Təşkilat, vebsaytındakı məlumata görə, belaruslulara ev, iş və hüquqi yardım tapmağa yardım edir.

Təşkilat bazar ertəsi Şişkovla əlaqə saxlaya bilmədiyini və onun səhər saat 9-da evdən çıxdığını və bir saat yarım sonra geri dönəcəyinin gözlənildiyini bildirib.

Belarus rəsmiləri hökumət əleyhinə etirazçıları Qərbin dəstəklədiyi cinayətkar və zorakı inqilabçılar olaraq təsvir edib və hüquq-mühafizə orqanlarının addımlarını adekvat və zəruri adlandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya növbəti dəfə Kyivə hava hücumu həyata keçirib
please wait

No media source currently available

0:00 0:13:23 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG