Accessibility links

İttihama görə, mədəniyyət nazirinin sabiq müavini 1 milyon 800 min manat rüşvət alıb


İyunun 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bugünkü iclasda dövlət ittihamı elan edilib. İttihama görə, keçmiş nazir müavini ümumilikdə 1 milyon 800 min manat rüşvət alıb.

Bayramov ittiham üzrə özünü qismən təqsirli bilib.

Məhkəmənin növbəti iclası iyunun 3-də davam etdiriləcək.

Dövlət Təhlükəsizliyi Xidməti 2020-ci il mayın 8-də məhkəmənin qərarı əsasında Rafiq Bayramov və Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara baxış keçirib. Baxış zamanı vəzifəli şəxslərin qəbul etdikləri pul vəsaitləri ilə bağlı qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri aşkar edilərək götürülüb.

İstintaq zamanı mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun vəzifə səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, vətəndaşların hüquqlarına mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri müəyyən edilib.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Zakir Sultanovun cinayət işi ayrıca icraata ayrılıb.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG