Accessibility links

İvanka Tramp brendini bağlayır


İvanka Tramp onun adını daşıyan geyim və aksessuarlar brendini bağlayır. Bu haqda kampaniyanın sözçüsü məlumat verib.

Elan ABŞ prezidenti Donald Trampın qızının Ağ Evdə müşavir vəfizəsini tutaraq, bir il bundan əvvəl şirkətdən özünü uzaqlaşdırmasından sonra edilib.

“17 ay bundan əvvəl nə zaman qayıdacağı üçün vaxt göstərməyən İvanka brendin tərəfdaşları və işçiləri üçün ədalətli olmaq üçün şirkətin bağlanması kimi çətin bir qərar verib”, şirkətin mətbuat katibinin çərşənbə axşamı günü açıqladığı bəyanatda bildirilir.

Şirkət lisenziya müqavilələrinin müddətinin uzadılmayacağını, lakin qüvvədə olan razılaşmaların müddətin bitməsinə qədər icar edilcəyini bildirib.

İvanka Tramp brendinin ayaqqabıları
İvanka Tramp brendinin ayaqqabıları

Trampın kampaniya zamanı və prezident kimi odlu çıxışları, bəzi Tramp tərəfdarlarının isə tədbirləri Ağ Evin yaxınlığındakı dəbdəbəli Tramp otelində keçirməsi onun ailə brendinin siyasət meydanına gətirilməsi ilə nəticələnib.

2017-ci ildə ABŞ-ın Nordstrom, Sears Kmart kimi böyük univermaqlar Tramp brendinə aid malların satışını kəskin ixtisa edərək, öz qərararının siyasi xarakter daşımadığını və zəif satışlarla əlaqədar olduğunu bildirmişdi.

Şirkətin açıqladığı bəyanatda İvanka Tramp brendinə aid geyim və aksessuarların Bloomingdale’s və Dillar’s univermaqlarında, eləcə də Amazon şirkəti tərəfindən onlayn satılacağı bildirilir.

XS
SM
MD
LG