Accessibility links

İvo Rakovac: Azərbaycanda kişilər arasında siqaret çəkmə göstəricisi yüksəkdir


Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda konfrans keçirir
Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda konfrans keçirir

Ümumdünya Səhiyyə Təşkilatının qeyri-infeksion xəstəliklər üzrə mütəxəssisləri Azərbaycanda səfərdədir.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan ofisinin facebook səhifəsində yaydığı məlumata görə, dekabrın 19-da Bakıda “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları” mövzusunda II Milli Konfrans keçirilib.

Konfransda qeyri-infeksion xəstələiklərlə bağlı ölkədə vəziyyət, onların qarşısının alınması yolları müzakirə edilib.

Ümümdünya Səhiyyə Təşkilatının Qeyri-infeksion xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə Avropa Ofisində Qeyri-infeksion xəstəliklərə nəzarət üzrə Proqram meneceri İvo Rakovac bildirib ki, Azərbaycanda kişilər arasında siqaret çəkmə göstəricisi yüksəkdir.

Azərbaycanda tütünə görə gömrük rüsumu artırılmalıdır. Bu rüsum hazırda çox aşağıdır,
İvo Rakovac, Ümumdünya Səhiyyə Təşkilatının eksperti

“Sorğuya görə siqaret çəkən kişilərin sayı təqribən 50 faizdir. Bu göstərici 2011-ci ilin sorğusunun nəticələri ilə müqayisədə çox dəyişməyib. Amma bir çox Avropa ölkələrində azalma müşahidə olunur. Növbəti 15 il ərzində siqaret çəkməni 30 faiz azaltmaq lazımdır. Amma Azərbaycanda 5 ili əbəs yerə itirmişik. Azərbaycan vəziyyəti yaxşılaşdırmaq üçün hələ çox işlər görməlidir. Məsələn, tütünə görə gömrük rüsumu artırılmalıdır. Bu rüsum hazırda çox aşağıdır," o qeyd edib.

Rakovac hesab edir ki, əhali arasında yüksək qan təzyiqi duzun normadan artıq qəbulu nəticəsində yaranır.

"Azərbaycanda kişilərin 30 faizi əksər hallarda öz qidalarına duz əlavə edirlər. Azərbaycanda bu göstərici digər ölkələrlə müqayisədə daha yüksəkdir. Digər ölkələrdə bu göstərici qat-qat aşağıdır. Maarifləndirmə aparmaqla bu göstəricini daha da aşağı salmaq olar".

İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Tofiq Musayev isə bildirib ki, böyüklər arasında passiv tütünçəkmə göstəricilərində bir qədər azalma müşahidə olunsa da, rəqəmlər hələ də yüksəkdir.

Azərbaycanda keçirilmiş tədqiqatlar göstərir ki, 13-15 yaşlı məktəblilərin 10 faizi nə vaxtsa siqaretin dadına baxıb, 7 faizi hələ də siqaret çəkir.
Tofiq Musayev, ekspert


"Əksər hallarda insanların tütün çəkməsi yeniyetmə yaşlarında başlayır. Azərbaycanda keçirilmiş tədqiqatlar göstərir ki, 13-15 yaşlı məktəblilərin 10 faizi nə vaxtsa siqaretin dadına baxıb, 7 faizi hələ də siqaret çəkir. Diqqət edilməli məqam odur ki, siqaret çəkənlərin üçdə biri bunu 10 yaşadək edib. Deməli, tədqiqatlar erkən yaşları əhatə etməlidir".

Musayev deyib ki, Azərbaycanda siqaret çəkməyənlərin 29 faizi evdə, 41 faizi isə qapalı ictimai yerlərdə tütünün təsirinə məruz qalır.

"Təəssüf ki, bu göstəricilər 5 il ərzində 50 faiz artıb. Bütün bu faktlar ictimai yerlərdə "Tütünçəkmənin məhdudlaşdırılması haqqında" qanunun diqqətlə yerinə yetirilməsini tələb edir. Tütünlə mübarizədə effektiv yollardan biri tütün vergilərinin artırılmasıdır. Azərbaycanda tütün vergiləri orta hesabla 7 faiz artıb. Yanvarın 1-dən bu rəqəm bir daha artacaq," o qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG