Accessibility links

İzolyasiyadan çıxmağa başlayan İtaliya


İzolyasiyadan çıxmağa başlayan İtaliya
please wait

No media source currently available

0:00 0:02:08 0:00

İzolyasiyadan çıxmağa başlayan İtaliya

İtaliya 23000-dən çox insanın ölümü ilə özünütəcrid qaydalarını sonlandırmaq üçün addımlar atır. Yoluxma və ölüm hallarının qeyd edilməyə davam etdiyi bir vaxtda növbəti mərhələnin necə olacağı hələ də tam aydın deyil və qeyri-müəyyənlik mövcuddur. İtaliya hökuməti bəzi müəssisələrin yenidən açılmasına icazə verməyə başlayıb.

Həftələr boyu çöldəki yeganə insanlar bu bazarda olduğu kimi gündəlik məhsulları və təzə tərəvəz almaq üçün səbrlə növbəyə duranlar idi. Bunlardan başqa, “Əbədi Şəhər” boş avtobuslara, itləri gəzdirən insanlara və sürücüləri yoxlayan polislərə məxsus idi.

Barlar, otellər - hətta normal vaxtı izdihamlı Vatikan Muzeyləri hələ də bağlıdır. Yanacaqdoldurma məntəqələrində yalnız özünə xidmət mümkündür.

Ancaq tədricən qorxmuş, lakin səbri tükənmiş İtaliya normal həyata qayıtmağa doğru gedir.

Müəyyən bizneslər tədricən yenidən açılır - Romanın mərkəzindəki bu böyük stasionar mağaza kimi. Müştərilərin və işçilərin təhlükəsizliyini təmin etmək üçün hazırlıqlar görülür. Buradakı hər kəs işə qayıtmaqdan məmnundur.

"Çox xoşbəxtik, çox xoşbəxtik, çünki bir az normal vəziyyətə qayıdırıq, çalışırıq ... Müştərilərimizə güvənirik və onları gözləyirik" - deyə, mağaza sahibi olan Kristina qeyd edib.

Ofis avadanlığı mağazasında çalışan Antonio deyir ki, həyat davam etməlidir, çünki insanların hamısı daim evdə qapanaraq qala bilməzlər.

"Bəzi zəruri xidmətlər açılmalıdır, əks halda, hər şey dayanır. Əlbəttə ki, bütün vacib tədbirlər nəzərə alınmalıdır: maskalar, əlcəklər və insanların tətbiq etdiyi etdiyi sosial məsafə - insanlar buna əməl edir. Buna görə də hər şey qaydasındadır" - deyə, Antonio münasibət bildirib.

Emanuela deyir ki, kiçik biznesini - uşaq geyimləri satan bir mağazanı bağlamaq çətin idi.

"Ətrafda az adamın olması sürreal bir hissdir, amma gec-tez yenidən başlamalıyıq" - deyə, o bildirib.

Baharın gəlişi romalılar üçün intibah kimidir. Bir çoxları çimərliklərə getməyi xəyal etməyə başlayıb. Ancaq havaların yaxşı olmasına baxmayaraq, bu arzular hələ də xəyal olaraq qalır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG