Accessibility links

BAEA rəhbəri Ukraynada nüvə qəzasının qarşısının alınması prinsiplərini təqdim edib


Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri bildirib ki, Ukraynada hələ də nüvə qəzası baş vermədiyi üçün dünyanın "bəxti gətirib" və ölkədə yerləşən Avropanın ən böyük atom elektrik stansiyasının təhlükəsizliyini təmin etmək üçün beş prinsipdən ibarət toplunu dərc edib.

Baş direktoru Rafael Qrossi çərşənbə axşamı BMT Təhlükəsizlik Şurasının Zaporijye Atom Elektrik Stansiyası ilə bağlı brifininqdə "Mən bu öhdəlikləri fəlakətli təhlükədən qorunmaq üçün vacib hesab edirəm" deyib.

Beş prinsipə zavoda qarşı hər hansı bir hücuma yol verməmək; ondan ağır silahlar və ya hərbi qulluqçular üçün anbar və ya baza kimi istifadə etməmək; zavodun xaricindəki enerji təchizatını riskə məruz qoymamaq; Zaporijye Atom Elektrik Stansiyasının təhlükəsizliyi və təhlükəsiz istismarı üçün vacib olan bütün strukturları, sistemləri və komponentləri qorumaq; bu prinsipləri pozacaq heç bir addım atmamaq.

Qrossi jurnalistlərə beş prinsiplə bağlı deyib ki, "Bizim edəcəyimiz iş çox pis vəziyyətlə mübarizə aparmaq üçün daha yaxşı alətdən istifadə etməkdir" deyib.

Rusiyanın 2022-ci ilin martında ələ keçirdiyi Zaporijye zavodu dəfələrlə atəşə tutulub. Zavod yeddi dəfə kənara ötürdüyü enerjisini itirib və nüvə qəzasının qarşısını almaq üçün təcili dizel generatorlarından istifadə etməli olub. Sonuncu belə hadisə mayın 22-də baş verib.

Ukraynalı işçilərin orada işləməyə davam etmələrinə baxmayaraq, syansiya Rusiyanın dövlət korporasiyası Rosatom tərəfindən idarə olunur. Beynəlxalq Atom Enerjisi Agentliyinin ekspertləri də stansiyada fəaliyyət göstərir.

Qrossi həm zavodu işğal edən Rusiyanı, həm də onun sahibi olan Ukraynanı prinsiplərə əməl etməyə çağırıb. O, həmçinin şura üzvlərini "birmənalı olaraq" onları dəstəkləməyə çağırıb. O, BAEA-nin Zaporijye Atom Elektrik Stansiyasındakı komandası vasitəsilə dərhal bu prinsiplərin icrasına nəzarət etməyə başlayacağını və hər hansı pozuntular barədə "ictimai hesabat" verəcəyini deyib.

Bu arada Rusiya rəsmiləri çərşənbə günü bildirib ki, Ukraynanın şərqindəki Luhansk vilayətində atışma nəticəsində 5 nəfər ölüb, 19 nəfər yaralanıb.

Rusiya hakimiyyətinin bildirdiyinə görə, zərbələr Karpatı kəndindəki quşçuluq fermasına endirilib. Onlar əlavə edib ki, Ukrayna ABŞ-ın təqdim etdiyi HIMARS raketlərindən istifadə edib.

Ukrayna ordusu Rusiyanın iddiasını şərh etməyib və bu kimi hücumların məsuliyyətini nadir hallarda üzərinə götürür.

Rusiya prezident Vladimir Putinin keçən il beynəlxalq ictimaiyyət tərəfindən rədd edilən bir hərəkətlə ilhaq etdiyini iddia etdiyi ərazilərdən biri olan Luhanskın çox hissəsinə nəzarət edir.

XS
SM
MD
LG