Accessibility links

BAEA-nın nümayəndə heyəti bazar günü İrana səfər edəcək


BMT-nin nüvə müşahidəçisi İranda tapılan bəyan edilməmiş uran hissəcikləri ilə bağlı araşdırma üzərində illərdir davam edən çıxılmaz vəziyyəti həll etmək məqsədilə bazar günü Tehranı ziyarət edəcək.

Vyanada qərargahlanan Beynəlxalq Atom Enerjisi Agentliyi illərdir İranı üç obyektdə bəyan edilməyən insan istehsalı uranın mövcudluğunu izah etməyə çağırır və "yerlər və materiallara" habelə nümunələrə çıxış tələb edir.

"BAEA-nın texniki komandası İranın dəvəti ilə bazar günü Tehrana gedəcək" , BAEA-nın sözçüsü bildirib.

BMT-nin nüvə təşkilatının başçısı Rafael Qrossinin İrana səfər edəcəyi gözlənilmir.

İran çərşənbə günü deyib ki, BAEA rəsmiləri məxfi fəaliyyət iddiaları ilə bağlı "qeyri-müəyyənlikləri" həll etmək üçün ölkəyə səfər edir.

Bu məsələ 2015-ci ildə əldə olunan və Birləşmiş Ştatlar 2018-ci ildə geri çəkildiyindən bəri iflasa uğrayan İran nüvə razılığını canlandırmaq səylərini çətinləşdirib.

"Bizim agentliklə qarşılıqlı əlaqələrimiz davam edir və biz ümid edirik ki, əngəllər və qeyri-müəyyəndlikləri həll etmək üçün agentliklə effektiv irəliləyiş əldə edə bilərik" , İranın Atom Enerjisi Təşkilatının başçısı Məhəmməd İslami Tehranda müxbirlərə deyib.

BAEA-nın nümayəndə heyəti əvvəl Tehrana ötən ay səfər etməyi planlaşdırmışdı, amma səfər agentliyin idarə heyəti İranın "texniki baxımdan etibarlı" cavablar verməkdə əməkdaşlıq etməməsindən təəssüflənməsi səbəbilə təxirə salınmışdı.

Agentlik bildirir ki, irəliləyiş olmadığı təqdirdə o, İranın nüvə proqramının həqiqiliyi və bütövlüyünə zəmanət verə bilməz.

Eslami ötən cümə günü bildirib ki, İranda zənginləşdirilmiş uranın aşkar olunan izləri ölkəyə xaricdən gətirilib.

2015-ci il sazişinə əsasən, Tehranın nüvə silahı inkişaf etdirə bilməməsindən əmin olmaq üçün nüvə proqramını məhdudlaşdırmaq müqabilində İrana tətbiq olunan sanksiyalar yüngülləşdirilmişdi.

XS
SM
MD
LG