Accessibility links

Beynəlxalq Atom Agentliyi Zaporijye Atom Elektrik Stansiyasının ərazisində minalar aşkar edib


Beynəlxalq Atom Enerjisi Agentliyi əməkdaşlarının Ukraynanın Zaporijye Atom Elektrik Stansiyasının perimetrində yerləşən ərazidə piyada əleyhinə minalar gördüyünü bildirib.

Agentliyin bəyanatında deyilib ki, minaların bazar günü "sahənin daxili və xarici perimetrinin maneələri arasında bufer zonada" müşahidə edilib. Agentlik "sahənin daxili perimetri daxilində" heç bir mina görünmədiyini deyib.

Rusiya Ukraynaya müdaxilənin ilkin mərhələlərindən həmin əraziyə nəzarət edir. Avropanın ən böyük atom elektrik stansiyasında təhlükəsizlik və müdafiə tədbirlərini həyata keçirən Beynəlxalq Atom Enerjisi Agentliyi dəfələrlə potensial nüvə fəlakəti barədə xəbərdarlıq edib.

Agentliyin rəhbəri Rafael Qrossi deyib ki, minaların yerləşdirilməsi hərbi qərardır və hərbçilərin nəzarətində olan ərazidə edilib.

"Ancaq ərazidə belə partlayıcı maddələrin olması agentliyin təhlükəsizlik standartlarına və nüvə təhlükəsizliyi təlimatlarına uyğun deyil və stansiyanın personalı üçün əlavə psixoloji təzyiq yaradır. Hətta öz agentliyin müşahidələrinə və stansiyanın açıqlamalarına əsaslanan ilkin qiymətləndirmə olsa belə, həmin minaların partlaması obyektin nüvə təhlükəsizliyi və müdafiə sistemlərinə təsir göstərməməlidir" - deyə, Qrossi bildirib.

Beynəlxalq Atom Enerjisi Agentliyi bildirib ki, agentliyin ekspertləri həmçinin iyun ayında stansiyanın yaxınlığındakı Kaxovka bəndinin dağıdılmasından sonra stansiyaların reaktorlarını soyutmaq üçün istifadə edilən suyun səviyyəsinə də nəzarəti davam etdirir.

"Ərazidə bir neçə aylıq kifayət qədər su var", agentlik bildirib.

XS
SM
MD
LG