Accessibility links

İan tropik qasırğası Florida boyunca hərəkət edir


İan tropik qasırğası ABŞ-ın Florida ştatından keçdikdən sonra 2 milyona yaxın insan elektriksiz qalıb və cümə axşamı səhər tezdən xilasetmə işləri aparmağa hazırlaşıb.

Sinoptiklər cümə axşamı Floridanın şimal-şərq sahillərindən Atlantik okeanına doğru istiqamət alacağı gözlənilən fırtına ilə ştatın mərkəzi hissəsində həyat üçün təhlükə yaradan,rekord daşqınlar barədə xəbərdarlıq edib.

Qasırğanın növbəti yolu ABŞ-ın cənub-şərqindən keçəcək.

ABŞ Milli Qasırğa Mərkəz, fırtınanın cümə axşamı gün ərzində zəifləyəcəyini gözlədiyini, lakin cümə günü Cənubi Karolina ştatına yaxınlaşdıqca yenidən əvvəlki gücünə yaxınlaşa biləcəyini deyib.

Sinoptiklər Floridanın şimal-şərqində, Corciya və Cənubi Karolinanın sahilyanı ərazilərində 10-20 santimetr yağış yağa biləcəyini, bəzi təcrid olunmuş ərazilərdə isə daha çox yağış yağacağını bildiriblər.

Fırtına cümə axşamı səhər saatlarında maksimum 100 kilometrə çatan davamlı küləklərə səbəb olub.

Çərşənbə günü fırtına Kayo Kosta yaxınlığında sahilə çıxıb. 4-cü kateqoriyalı, maksimal davamlı küləkləri təxminən saatda 250 km. güclü tufan dalğası və leysan yağışlarla müşayiət olunub və sahilyanı əraziləri su basıb.

Dövlət fövqəladə hallar rəsmiləri quruda, dənizdə və havada işləyənlər də daxil olmaqla, briqadaların cümə axşamı səhər saatlarında xilasetmə işlərinə başlamağa hazır olduqlarını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG