Accessibility links

Valilik təkzib etdi – İbrahim Tatlısəs Təbrizə gəlməyəcək


Şərqi Azərbaycan vilayətinin siyasi işlər üzrə vali müavini mətbuatda türkiyəli müğənnilərin Təbrizə dəvət edildiyinə dair yayımlanan xəbərləri təkzib edib.

“İslami İran və əziz Azərbaycanımız mahir və bacarıqlı sənətkarlar ilə doludur. Xarici sənətkarın sənətinə ehtiyacımız yoxdur,” Rəhim Şöhrətifərin sözləri Nasr News internet portalında dərc edilib.

Keçən gün xəbər və musiqi sahəsində fəaliyyət göstərən bir çox internet portalı məşhur müğənni İbrahim Tatlısəs kimi türkiyəli sənətkarların “Təbriz 2018” şənlikləri çərçivəsində Təbrizə gələcəyini bildirmişdi.

İbrahim Tatlısəsin Təbrizə dəvət edildiyinə dair xəbər İran hakimiyyətinə yaxınlığı ilə tanınan Təbrizli müğənni Rəhim Şəhriyarının Instagram səhifəsində də paylaşılıb. Nava adlı musiqi saytında dərc olunan xəbərə görə, Şəhriyari Tatlısəsin onunla birlikdə konsert verəcəyini bildirib.

Təbriz 2018 tədbirləri Təbrizin 2018-ci il üçün İslam dünyasının turizm paytaxtı olaraq seçilməsi ilə əlaqədar keçiriləcək.

İRNA agentliyinin bildirdiyinə görə, Təbriz 2018 tədbirlərinin açılış mərasimi aprelın 25-də keçiriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG