Accessibility links

Bakıda Avropa İttifaqı-Azərbaycan alt komitəsinin iclası keçirilir


Yanvarın 26-da Azərbaycan Nəqliyyat Nazirliyində Avropa İttifaqı-Azərbaycan enerji, nəqliyyat və ətraf mühit üzrə alt komitənin 10-cu iclası başlayıb.

Nəqliyyat Nazirliyinin məlumatına görə, iclasda Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramının ikitərəfli əməkdaşlıq üzrə şöbəsinin rəhbəri Dirk Şuebel, Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov çıxış edib.

Pənahov bildirib ki, Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın strateji mövqeyi, Avropa İttifaqına üzv dövlətlərin Azərbaycanla siyasi və iqtisadi münasibətləri inkişaf etdirmək marağını artırır.

“Azərbaycan Aİ ilə əməkdaşlığın inkişaf etməsi istiqamətində Avropa Qonşuluq Siyasətinə və "Şərq Tərəfdaşlığı"na daxil olub, bu təşkilata daxil olan ölkələrlə viza rejiminin sadələşdirilməsi və readmissiya razılaşması haqqında saziş imzalayıb. Azərbaycan müstəqillik qazandıqdan sonra Aİ Azərbaycan iqtisadiyyatına yardım göstərən əsas donorlardan biri olub, o qeyd edib.

Dirk Şuebel isə Avropa İttifaqı-Azərbaycan əlaqələri barədə danışıb. Onun sözlərinə görə, sessiyalarda bir qayda olaraq Azərbaycanın nəqliyyat sektorundakı inkişaf və Aİ/dünya standartlarına uyğunlaşdırılma, nəqliyyat üzrə müvafiq maliyyələşdirilmə mexanizminin nəzərdən keçirilməsi, Azərbaycanda nəqliyyat sektorunun inkişafına dair Avropa İttifaqının texniki yardımı, Şərq-Qərb nəqliyyat dəhlizinin Azərbaycan hissəsinin həyata keçirilməsində Aİ-nin yardımı və mövcud vəziyyət və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG