Accessibility links

İctimai fəallara qarşı Facebook-da hücum kampaniyası [Video-Audio]


Məlahət Nəsibovaya qarşı kampaniya
Məlahət Nəsibovaya qarşı kampaniya
“Vətənini pula satan Məlahət Nəsibovanı Naxçıvandan qovmalıyıq” adlı Facebook qrupu və “Vətən xaini” adlı YouTube videosu müvafiq olaraq hüquq müdafiəçisi Məlahət Nəsibova və blogger Həbib Müntəzirə qarşı kampaniyanın başladığını göstərir.

Məlahət Nəsibovaya qarşı təhqiramiz ifadələrin işləndiyi Facebook qrupunda jurnalist olan həyat yoldaşı İlqar Nəsibov haqda da video yerləşdirilib. Bundan başqa xanım Nəsibovanın oğlunun foto-şəkli səhifədə yerləşdirilib və bu sözlərlə şərh edilib: “Bu vətən xaini, Ermenistan xususi xidmet orqanlarindan Mat-tereza kod adı altında qeydiyyatda olan Melahet Nesibyanın oqlu Nihad Nesibyanın qeyri-enenevi dini cereyanlara qosulmasinin subutudur. İslama qarsi belke de bu sebebden cixir Nesibyan…

Bloggerlər hədəfdə

Blogger Mehman Hüseynova qarşı kampaniya isə onun Facebook hesabının bağlanması ilə nəticələnib. O, hesabının onun paylaşdıqlarını bəyənməyənlərin şikayəti əsasında “Saxta istifadəçi” adı ilə bağlandığını bildirib. Pasportunun nüsxəsini Facebook rəsmilərinə göndərdiyini deyən blogger hazırda hesabının bərpa olunmasını gözləyir.

Həbib Mütəzirin fotolarından ibarət “Vətən xaini” adlı video isə bloggerin Azərbaycan əleyhinə fəaliyyətlərdə olmasını iddia edir. (Mətn videodan sonra davam edir)



Bundan başqa son günlər sosial şəbəkələrdə Həbib Müntəzirin fotoları bölüşülərək nalayiq ifadələrə yer verilir.

Anti-kampaniya ilə bağlı Amerikanın Səsinə (www.amerikaninsesi.org) açıqlama verən Həbib Müntəzir belə kampaniyanın ilk dəfə baş vermədiyini deyir. “Bu ondan irəli gəlir ki, görünür mənim yazdıqlarım, paylaşdığım məlumatlar hədəfə dəyir. Bundan qıcıqlananlar isə ağalarının əsəbini məndən çıxmağa çalışırlar. Çünki məndə olan məlumata görə dəfələrlə mənim adım istər Yeni Azərbaycan Partiyasının iclaslarında, istərsə də, digər gənc təşkilatlarının məclislərində dəfələrlə hallanıb” – deyə blogger bildirir.

“Orada Sara Əzimova adlı xanım var”
Orada Sara Əzimova adlı xanım var. O, Naxçıvan Ali Məclisinin orqanı olan “Şərq qapısı” qəzetində çalışır. Bu xanım birbaşa oradakı üzvləri özü etiketləyib. Mən düşünmürəm ki, bizi istəməyən insanlar olar ki, mənə qarşı hər hansı bir addım atalar

Məlahət Nəsibova isə Amerikanın Səsinə bildirib ki, bu kampaniya birbaşa Naxçıvan MTN-dən qaynaqlanır. Hüquq müdafiəçisinin sözlərinə görə, açıq-aşkar hədələrin olduğu səhifədə “Məlahət Nəsibovanı qovalıyaq”, “Məlahət Nəsibovanı öldürmək lazımdır” kimi çağırışlar yer alır və əslində hüquq-mühafizə orqanları reaksiya verməlidir. “Orada Sara Əzimova adlı xanım var. O, Naxçıvan Ali Məclisinin orqanı olan “Şərq qapısı” qəzetində çalışır. Bu xanım birbaşa oradakı üzvləri özü etiketləyib. Mən düşünmürəm ki, bizi istəməyən insanlar olar ki, mənə qarşı hər hansı bir addım atalar”.

Məlahət Nəsibovanın sosial anti-kampaniya barədə Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:04:48 0:00
Direct link

Heç bir partiya və təşkilat üzvü olmadığını bildirən Həbib Müntəzir ona qarşı aqressivliyi belə izah edir: “İsmayıllıdakı hadisələrlə əlaqədar tam obyektiv, baş verən hadisələri olduğu kimi, vaxtı-vaxtında məlumatları Azərbaycandakılarla bölüşməyə çalışırdım. Görünür bu fəaliyyətim məlum qüvvələri, hakimiyyət yönümlü gəncləri olduqca qıcıqlandırıb, ona görə də mənə qarşı bu cür kampaniyaya start veriblər”.

Həbib Müntəzirin sosial anti-kampaniya bard Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:05:40 0:00

İsmayıllıdakı hadisələrlə əlaqədar tam obyektiv, baş verən hadisələri olduğu kimi, vaxtı-vaxtında məlumatları Azərbaycandakılarla bölüşməyə çalışırdım. Görünür bu fəaliyyətim məlum qüvvələri, hakimiyyət yönümlü gəncləri olduqca qıcıqlandırıb, ona görə də mənə qarşı bu cür kampaniyaya start veriblər

Naxçıvanda fəaliyyət göstərən Məlahət Nəsibova hesab edir ki, bu seçki qabağı kampaniyadır və onu qorxutmaqla, regionda fəaliyyət göstərən çoxsaylı aktiv insanın gözünü qorxutmaq , o cümlədən onların Naxçıvandan uzaqlaşdırılmasını təşkil etmək istəyirlər. "Mən bəyan edirəm, əgər mənim ailə üzvlərinə, yaxınlarıma bir şey olsa, bu, birbaşa Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin əməliyyatıdır və əslində bu hədələr bizi qorxutmur" - deyə Məlahət Nəsibova bəyan edib.

Azərbaycandan olan siyasi fəalların Facebook-da müxtəlif növ hədələrə və hücumlara məruz qalması mütəmadi xarakter alıb. Populyar onlayn şəbəkədə saxta profillərlə çıxış edən naməlum şəxslər tez-tez Azərbaycan hökumətinə tənqidi münasibət bəsləyən adamları təhdid və təhqir edirlər. Facebook administrasiyası istifadəçilərə şəxsən tanımadıqları adamları dostluğa qəbul etməməyi və hansısa xoşagəlməz təcrübə ilə üzləşdikləri halda bu hərəkətə yol verən adamların "unfriend" edilməsini tövsiyə edir.
XS
SM
MD
LG