Accessibility links

Milli Şura İctimai Palatanın iclasında müzakirə mövzusu olub


İctimai palata
İctimai palata

İclasda Müsavat başkanı İsa Qəmbər Milli Şuriya "İkinci Rəsul Quliyev sindromu" lazım olmadığını bildirib

İyunun 15-də Müsavat Partiyasının qərargahında İctimai Palatanın növbəti sessiyası keçirilib. Müsavat başqanı İsa Qəmbərin açılış çıxışından sonra çıxış edən AXCP sədri Əli Kərimli bildirdi ki, İctimai Palatada təmsil olunan qüvvələrin fəaliyyəti nəticəsində Milli Şura tam olaraq formalaşıb: “Son 20 ildə görünməmiş bir hadisə baş verib. Cəmiyyətin heç vaxt bir araya gəlməyən siyasi qüvvələri bu gün Milli Şurada təmsil olunurlar. 128 nəfərlik bir tərkib formalaşıb. Bu qədər insanın bir araya gəlməsi kifayət qədər böyük hadisədir. Ziyalılar, gənclər hərəkatları, ölkənin vətəndaş cəmiyyəti, dindar kəsim və digər müxtəlif qüvvələr Milli Şurada təmsil olunur və bu quruma dəstək olurlar”.
AXCP sədrinin fikrincə, bəzi insanlar haqq etdikləri halda Milli Şurada təmsil oluna bilməyib və bu baxımdan qurumun tərkibi ilə bağlı iradlar ola bilər: “Lakin görülən işin miqyası müqabilində kiçik çatışmazlıqlar gözə görünməməlidir. Milli Şura ideal deyil. Amma nəzərə alınmalıdır ki, kompromislər bahasına yaradılan təşkilat bundan artıq ola bilməzdi”.


Müsavat başqanı İsa Qəmbər isə bildirdi ki, ölkədə vəziyyət olduqca ağırdır: “Bütün azadlıqlar boğlulub. Həbsxanalar siyasi məhbuslarla dolub. Milli Şuranın haqqında müxtəlif sözlər deyilir. Hətta Milli Şuranın Rusiyanın proekti olmasını deyənlər də var. Amma biz varıqsa Milli Şuranın Azərbaycanın proekti olmasını təmin etməliyik. Milli Şuranın Azərbaycanın maraqlarına xidmət etməsi təmin olunmalıdır. Şuranın verdiyi qərarlar kiminsə xoşuna gəlməsi üçün yox, Azərbaycan xalqının maraqları ilə üst-üstə düşdüyü üçün verilməlidir. İndi deyirlər ki, guya son anda Avroatlantik mövzusu gündəmə gəlib. Avroatlantika məsələsi bizim Milli Şura ilə bağlı müzakirələrimizin ilk günündə olub. MŞ-in bəyənnaməsində də bu məsələ yer alıb. Müsavat Partiyasının hər bir üzvü üçün partiya marağı vacibdir. Amma bu Azərbaycan xalqının marağından üstün ola bilməz.


Müsavat başqanı Milli Şuranın vahid namizədliyinə iddia edəcək şəxslərə olan tələbəini də bəyan etdi. O, dedi ki, vahid namizəd olacaq şəxs Azərbaycanda olmalıdır: “ Bizə ikinci Rəsul Quliyev sindromu lazım deyil. Vahid namizəd olmaq istəyən şəxs bu məslə ilə bağlı iddiasını ortaya qoymalıdır. Bu günki məsuliyyəti boynuna götürməyən şəxs nə cür bizim vahid namizədimiz ola bilər? Bu ölkədə avtoritar rejimlə idarə oluna ölkədə namizədliyini irəli sürmək özü cəsarət tələb edir. Xalq məni istəmişdi mövzuları nə inandırıcı, nə də cəlbedicidir. Biz Azərbaycanın taleyini ümumi söhbət və danışıqların öhdəsinə buraxa bilmərik. Bu milli demokratik qüvvələr üçün prinsipial məsələdir. Bizim mövqeyimiz Milli Şuranın yalnız Azərbaycanın maraqlarına xidmət etməsidir”.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG