Accessibility links

Türkiyənin nümayəndə heyəti Rusiyaya səfər edəcək, İdlibdə vəziyyət gündəmdə olacaq


Bazar ertəsi Türkiyənin nümayəndə heyəti Rusiyaya səfər edərək, Suriyanın İdlib vilayətindəki vəziyyəti müzakirə edəcək.

Məlumatı Türkiyənin Xarici İşlər Nazirliyi yayıb.

Bu regionda yüz minlərlə insan Suriya prezidenti Bəşar Əl-Əsəd qüvvələrinin çoxsaylı cəbhələrdəki hücumlarından qaçmağa çalışır.

Çvuşoğlu və Maas
Çvuşoğlu və Maas

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1 milyon suriyalının sərhədlərə doğru irəlilədiyini deyib. Ərdoğan bəyanatı ABŞ prezidenti Donald Trampla keçirdiyi telefon söhbətindən sonra yayıb. O bildirib ki, Türkiyə artıq 4 milyona yaxın qaçqına sığınacaq verib və əlavə 1 miylon insanın qəbulu imkansızdır.

Almaniyalı həmkarı ilə müzakirələdən sonra Türkiyənin xarici işlər naziri Mövlüt Çavuşoğlu atəşkəs əldə edilmədiyi təqdirdə 2 milyona yaxın insanın Türkiyənin sərhəd bölgəsində üz tutucağı barədə xəbərdarlıq edib.

Nazir Almaniyanın yardımı ilə sərhəd bölgələrində müvəqqəti sığınacaqlar qurulacağını bildirsə də, bunun davamlı bir həll yolu olmadığını vurğulayıb. O da Moskva görüşü zamanı Türkiyənin İdlibdəki vəziyyəti gündəmə gətirəcəyini deyib.

Almaniyanın xarici işlər naziri Heyko Maas rusiyalı həmkarı Sergey Lavrovla müzakirələr zamanı Rusiyanın Əsəd hökumətinə döyüşlərin dayandırılmasına təzyiq göstərməsini istədiyini bildirib.

Cavuşoğlu Münhen konfransı çərçivəsində Lavrovla danışıqlarının pozitiv keçdiyini deyib.

Lavrov və Maas
Lavrov və Maas

Daha əvvəl Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan Əsəd hökumətinin İdlib vilayətində nəzarəti ələ almağa çalışarkən Türkiyənin bir əsgərinin belə xəsarət alacağı təqdirdə Suriyanın hər hansı bir yerində Rusiya tərəfindən dəstəklənən Suriya qüvvələrini havadan, ya da qurudan vuracağını deyib.

Ərdoğan Suriyanın hökumət qüvvələrini bu ayın sonuna qədər Türkiyənin
İdlibdəki müşahidə postlarından uzaqlaşdırmağa qərar verdiyini deyib və Suriyanın müttəfiq üsyançılarını hökumət qüvvələrinin hücum etməsi üçün bəhanə verməməyə çağırıb.

BMT-nin Qaçqınlar Agentliyi qaçqın düşərgələrində hədsiz sıxlıq yarandığını deyir.

Agentlik sığınacaqlara böyük ehtiyac duyulduğunu bildirib.

Suriya müanqişəsi dünyada ən böyük qaçqın problemi yaradıb. 5.5 milyon insan düşərgələrdə yaşayır. 6 milyon suiryalı ölkə daxilində digərgindir.

2.8 milyon adamın təcili yardımalara ehtiyacı var.

3.6 milyon Suriya qaçqınına sığınacaq verən Türkiyə əlavə qaçqın qəbul edə bilməyəcəyini bildirib və Suriya qüvvələrinin geri çəkilməsini tələb edib.

XS
SM
MD
LG