Accessibility links

İdlib bazarlarına havadan hücumlar nəticəsində 20 nəfər ölüb


Suriya Mülki Müdafiə Qüvvələrinin bildirdiyinə görə, Suriya hökumətinin bazar ertəsi İdlib bölgəsindəki iki açıq bazara etdiyi hava hücumları zamanı azı 20 nəfər ölüb, onlarla insan yaralanıb.

İdlib də daxil olmaqla, Suriyanın şimal-qərb bölgəsi səkkiz ildən çoxdur davam edən müharibənin ən böyük səhnəsi olub.

Suriyanın üsyançı bölgələrində fəaliyyət göstərən mülki müdafiə və xilasetmə qrupları hava zərbələrinin İdlibin cənubundakı Maarət əl-Nümana və şərqdəki Saraqib bazarlara edildiyini bildirib.

Qrupun Twitter-də yaydığı foto və videolarda dağılan piştaxtalar və yanmış avtomobillər arasında insanları görmək olub.

Suriyanın prezident aparatının Twitter səhifəsində Suriya prezidenti Bəşər Əl-Əsədin bazar ertəsi Rusiya prezidenti Vladimir Putinin nümayəndəsi ilə görüşərək, İdlibdəki vəziyyəti və oradakı silahlı qrupların hücumlarını müzakirə etdiyi bildirilib.

Baş qərargahı Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatında İdlib bölgəsindəki hava hücumları zamanı ölənlərin sayının daha çox olduğu bildirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Rusiyaya qarşı əlavə sanksiyaların mümkünlüyünə işarə edib
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG