Accessibility links

“Qarabağ” uddu - “Neftçi” uduzdu [Video]


“Qarabağ” komandası uddu, “Neftçi” isə uduzdu [Video]
please wait

No media source currently available

0:00 0:01:41 0:00

“Qarabağ” komandası uddu, “Neftçi” isə uduzdu [Video]

"Qarabağ” komandası Avropa futbol Liqasının qrup mərhələsinə keçib

Avqustun 28-də UEFA Avropa Liqasının play-off mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda Bakının "Neftçi" klubu Serbiyanın "Partizan" klubunu qəbul edib.

Oyun Serbiyanın Partizan klubunun qələbəsi ilə başa çatıb. "Neftçi" - "Partizan" - 1:2

Serblərdən qələbə topu oyunun 90-cı dəqiqəsində vurulub.

Serbiyada keçirilən ilk görüş 3:2 hesabı ilə meydan sahiblərinin xeyrinə qurtarıb.

Oyundan sonra "Neftçi"nin azarkeşləri meydana butulkalar atmağa cəhd edib. Polis işə qarışıb və insidentin qarşısını alıb.

Həmçinin eyni mərhələdə mübarizə aparan Ağdamın "Qarabağ" klubu avqustun 28-də səfərdə, Hollandiyanın "Tvente" klubu ilə qarşılaşıb.

“Qarabağ” komandası “Tvente” ilə oyunu 1:1 hesabı ilə başa vuraraq Avropa futbol Liqasının qrup mərhələsinə keçib.

XS
SM
MD
LG