Mayın 5-də Bakıda gənclər arasında futbol üzrə Avropa Çempionatı başlayıb.
Yarışlarda 16 komanda iştirak edir ki, onlar da ilkin mərhələdə dörd qrupa bölünüb.
A qrupuna Azərbaycan, Portuqaliya, Belçika və Şotlandiya daxildir.
В qrupu: Ukrayna, Almaniya, Avstriya, Bosniya və Herseqovina;
С qrupu: Fransa, Danimarka, İngiltərə, İsveç;
D qrupu: İtaliya, Serbiya, Niderland, İspaniya.
Qrup mərhələsində matçlar mayın 5-dən 12-dək keçiriləcək. Hər qrupdan iki ən yaxşı komanda 1/4 finala çıxacaq.
1/4 final görüşləri mayın 14-15-də, yarımfinal görüşləri mayın 18-də olacaq. Final oyunu mayın 21-də keçiriləcək.
Çempionat yarışları Olimpiya Stadionunda, həmçinin “Azərsun” (Suraxanı), “Baksel-arena” (8 km. qəsəbəsi) və “Dalğa” (Şüvəlan) arenalarında keçiriləcək.
Açılış mərasimi bu gün saat 19:00-da Olimpiya Stadionunda olacaq. Bundan sonra Azərbaycan və Portuqaliya yığmaları qarşılaşacaq.
Mütəxəssislər İngiltərə, İspaniya, Niderland və Fransa yığmalarını favorit adlandırır.