Azərbaycanlı paralimpiyaçılar Vüsalə Kərimova və Tamerlan Qədirov noyabrın 7 və 8-də Romada keçiriləcək əlil arabasında idman rəqsi üzrə dünya birinciliyində iştirak edəcəklər. Bu barədə "Əlil İdmançılara Dəstək" İctimai Birliyinin rəhbəri Kamal Məmmədov məlumat verib.
V.Kərimova və T.Qədirov 2013-cü il Qitələr Kubokunun qalibləridir.