Accessibility links

ABŞ səfiri Riçard Morninqstar iftar süfrəsi açıb


Amerika səfiri iftar süfrəsi açıb
Amerika səfiri iftar süfrəsi açıb

Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, dini konfesiyaların rəhbərləri və çoxsaylı xadimlər iştirak edib

Avqustun 1-də ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar iqamətgahında iftar süfrəsi açıb.

Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Milli Məclisin deputatları, dini konfesiyaların rəhbərləri, ziyalılar, ictimai xadimlər, vətəndaş cəmiyyətinin təmsilçiləri, media rəhbərləri, bir çox diplomatik missiyaların nümayəndələri iştirak edib.

Səfir Riçard Morninqstar president Barak Obamanın dünya müsəlmanlarına ünvanlanmış Ramazan təbrikinə istinad edərək Azərbaycan müsəlmanlarını təbrik edib.
“Azərbaycanlılar əsrlər boyu müxtəlif dini etiqadlara və milli azlıqlara hörmət hissi ilə yanaşıb”.

O bildirib ki, bu ay ərzində müsəlmanlar öz mənəvi aləmlərini növbəti il üçün yeniləyirlər.
"Böyük sevinc hissi ilə qeyd etmək istəyirəm ki, azərbaycanlılar əsrlər boyu müxtəlif dini etiqadlara və milli azlıqlara hörmət hissi ilə yanaşmışdır və bunlar arasında hörmət hissi olmuşdur. Bu axşam məhz bu xüsusiyyəti də biz burada vurğulamaq istəyirik"- səfir qeyd edib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Azərbaycan dünyada tolerant bir ölkə kimi tanındığını diqqətə çatdırıb.

“Tarix boyu Azərbaycanda mövcud olan tolerantlıq yəhudilər, xristianlar və müsəlmanların birgə yaşamasına şərait yaradıb və bu dünya üçün bir model olmalıdır”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG