Accessibility links

İsrail ordusu qüvvələrindən bəzilərini Qəzzadan geri çəkəcək


İsrailin bazar ertəsi bildirdiyinə görə, təlim və istirahət üçün bəzi əsgərlərini Qəzza zolağından çıxarır. Belə ki, rəsmilər İsrailin HƏMAS-a qarşı aylarla davam edəcək müharibəyə hazırlaşdığını deyir.

Ordunun sözçüsü kontr-admiral Danyiel Haqari jurnalistlərə bəzi ehtiyatda olan hərbçilərin bu həftə İsrailə qayıdacağını bildirib.

Haqari "Bu, iqtisadiyyatın yükünü əhəmiyyətli dərəcədə yüngülləşdirəcək və onlara növbəti ildə qarşıdan gələn fəaliyyətlər üçün güc toplamağa imkan verəcək. Çünki döyüşlər davam edəcək və onlara hələ də ehtiyac olacaq" deyib.

İsrail Qəzzada daha aşağı intensivli əməliyyatlara keçmək və mülki əhalini qorumaqla bağlı əsas müttəfiqi olan ABŞ-ın təzyiqi altındadır.

Bazar ertəsi HƏMAS militantlarının Qəzza zolağında həyata keçirdikləri raket zərbələri İsrail boyu hava hücumu sirenlərinin səslənməsinə səbəb olub.

İsrailin Qəzzada yerdən və havadan hərbi əməliyyatları bazar ertəsi də davam edib. İsrail Müdafiə Qüvvələrinin dediyinə görə, əməliyyatlar zamanı oktyabrın 7-də İsrailin cənubunda törədilən terror aktında iştirak edən HƏMAS militantlarının komandiri həlak olub.

İsrail Müdafiə Qüvvələri öldürülən komandirin Adil Mesmah olduğunu müəyyən edib və bildirib ki, o, İsrailin hücuma başlamasından sonra da Qəzzada İsrail qüvvələrinə qarşı döyüşçülərdə HƏMAS döyüşçülərinə rəhbərlik edib.

İsrailin HƏMAS-ı məhv etmək kampaniyası Qəzza zolağının böyük hissəsini xarabalığa çevirib. Qəzzanın HƏMAS-ın idarə etdiyi Səhiyyə Nazirliyi İsrailin hücumunun 21,800-dən çox insanın ölümünə səbəb olduğunu bildirib. Nazirlik militantlarla mülki əhali arasında fərq qoyulmadığını, öldürülənlərin 70%-nin qadın və uşaqlar olduğunu bəyan edib.

Forum

XS
SM
MD
LG