Accessibility links

Dövlət orqanları büdcənin xərclənməsi, tenderlər və satınalmalarla bağlı məlumatları açıqlamır


عمده درآمد ریانا از موسیقی نیست. او حوزه فعالیتش در عرصه مد بسیار گسترش داده و محصولات آرایشی برند خود را هم به بازار ارائه کرده که بسیار پرفروش است.
عمده درآمد ریانا از موسیقی نیست. او حوزه فعالیتش در عرصه مد بسیار گسترش داده و محصولات آرایشی برند خود را هم به بازار ارائه کرده که بسیار پرفروش است.

Mərkəzi hakimiyyət orqanlarında şəffaflığın səviyyəsinin artırılmasına baxmayaraq, onlar dövlət büdcəsinin vəsaitlərinin xərclənməsi, tenderlər, dövlət satınalmaları, işçilərin əmək haqları barədə tam məlumatları açıqlamırlar.

Bu barədə oktyabrın 25-də mərkəzi və yerli icra orqanlarının, dövlət şirkətlərinin informasiya açıqlığına həsr olunmuş “dəyirmi masa”da bildirilib.

İştirakçılar 2016-cı il iyunun 1-dən oktyabrın 15-dək olan dövr üçün dövlət qurumlarının saytlarının monitorinqinin nəticələrini təqdim ediblər. Layihə “Multimedia” Mərkəzi tərəfindən həyata keçirilib.

Bu QHT-nin rəhbəri Osman Gündüzün sözlərinə görə, qiymətləndirmə 60 parametri əhatə edən 13 blok məsələ üzrə aparılıb.

Daha çox şəffaflıq Vergilər Nazirliyində müşahidə edilib. Nazirliyin saytında informasiyanın 79,1%-i yerləşdirilib.

İkinci və üçüncü yerlərdə Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyası (78,5 %) və Dövlət Neft Fondu (78,2%) gəlir.

Autsayderlər qrupunda aşağıdakı güc strukturları yer alıb: Müdafiə Nazirliyi, Səfərbərlik üzrə Dövlət Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti. Ən pis vəziyyət AZAL QSC-dədir (32,1%).

70 mərkəzi icra hakimiyyəti orqanı və dövlət şirkətində orta şəffaflıq 61,5%-dir. Ötən il 56% təşkil edib.

68 rayon və şəhər icra hakimiyyəti orqanında online şəffaflıq cəmi 14,5% təşkil edib ki, bu da ötən ildə olduğundan 0,5% pisdir.

O.Gündüz qeyd edib ki, hətta reytinqdə yüksək yerlər tutan saytlarda belə büdcə vəsaitlərinin xərclənilməsi, tenderlər və dövlət satınalmaları haqda məlumatlar çox azdır.

Hesabatda əksini tapan tövsiyələrdə vəziyyətin düzəldilməsi ilə bağlı təkliflər yer alıb.

Hüquq sahəsində ekspert Ələsgər Məmmədli diqqəti ona yönəldib ki, 2016-cı il martın 1-də qüvvəyə minən İnzibati Xətalar Məcəlləsində vətəndaşların informasiya hüququnun pozulmasına, informasiya açıqlığının vəzifəli şəxslər tərəfindən təmin olunmamasına görə məsuliyyət tədbirləri ləğv edilib. Bu, online şəffaflığa mənfi təsir göstərə bilər. O, sözügedən normaların bərpasını təklif edib.

Mətbuat Şurasının üzvü Azər Həsrət rayon icra hakimiyyəti orqanlarında şəffaflığın aşağı olmasını pisləyib, onları prezidentin siyasətini sabotaj etməkdə ittiham edib.

Tədbirdə ekspertlər, QHT nümayəndələri və dövlət orqanlarının əməkdaşları iştirak ediblər.

XS
SM
MD
LG