Accessibility links

Elmar Məmmədyarov: Azərbaycan əhalisinin 79 faizi internet istifadəçisidir


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

“Biz yüksək texnologiyalar dövründə yaşayırıq. Süni zəka, bulud tipli məlumat bazası, əşyaların interneti və cihazlararası uzlaşma (M2M) texnologiyaları qlobal tendensiyalardır. Bu texnologiyaların inkişafı və dördüncü sənaye inqilabı ölkələr və hökumətlərə həyat keyfiyyətini artırmaq və insanların həyat səviyyəsini yaxşılaşdırmaqla ictimai xidmətlərdə keyfiyyəti və şəffaflığı təkmilləşdirmək üçün yeni iqtisadi imkanlar yaradacaq”.

Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Dünya İqtisadi Forumu tərəfindən Çində keçirilən yeni çempionların illik görüşünün sentyabrın 19-da təşkil etdiyi Avrasiya panelində inklüziv rəqəmsal inkişafla bağlı çıxışında bildirib.

Məmmədyarov deyib ki, bu sahədə sərmayələr hər bir ölkənin gələcəkdə davamlı inkişafında mühüm rol oynayacaq.

“Evlərin yüksək sürətli internetə çıxışı, Böyük Həcmli Məlumatlar (Big Data) çağırışı üçün bulud tipli məlumat bazası, kiber təhlükələrə cavab verən yaxşı inkişaf etmiş həll yolları bu prosesdə başlıca maneə kimi nəzərdən keçirilə bilər. Əgər biz ortaq rifah üzərində qurulan bir gələcək yaratmaq istəyiriksə, rəqəmsal texnologiya vacib olacaqdır”.

Onun sözlərinə görə Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı hökumətin gündəliyində prioritet sahələrdən biridir.

“Biz yüksək texnologiyaları davamlı iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi kimi tanıyırıq və bu sektorun inkişafı üçün zəruri addımlar atırıq. Qlobal iqtisadiyyatda dəyişikliklər informasiya və kommunikasiya texnologiyalarını ölkədə ən sürətlə inkişaf edən sektorlardan biri etdi. Belə ki, hal-hazırda enerji və nəqliyyatdan sonra bu, ölkənin üçüncü vacib iqtisadi sektorudur”, o qeyd edib.

Nazir deyib ki, Azərbaycan əhalisinin 79 faizi internet istifadəçisidir, onların 72 faizi genişzolaqlı internetdən istifadə edir.

“İlbəil evlərin internetə çıxışı artır və indi bu 77.2 faizdir. Rəqəmsal televiziya yayımına keçid tamamlanıb. Bununla yanaşı, “Azerspace-1” telekommunikasiya peyki, “Azersky” yer səthinin müşahidə peyki uğurla fəaliyyət göstərir və müasir peyk xidmətlərini təmin edir”.

Məmmədyarov bildirib ki, Azərbaycan bütün dövlət təşkilatlarından 30 milyon dəfə tətbiq edilmiş 450 növ xidmətdən çox olmaqla blokçeyn texnologiyasına əsaslanan eGov portalı təsis edib.

“Hal-hazırda gömrük bəyannamələrinin 100 faizi, vergi bəyannamələrinin 90 faizi, əmək müqavilələrinin 100 faizi və qaimələrin 100 faizi onlayn qaydada yerinə yetirilir”.

Onun dediyinə görə xarici bazarlara çıxış üçün Rəqəmsal Ticarət Mərkəzi (RTM), dövlət özəl tərəfdaşlıq platforması yaradılıb.

“Azərbaycanın Rəqəmsal Ticarət Mərkəzi yerli və regional səviyyədə inkişaf edir. 2016-ci ildə əsası qoyulduqdan sonra fəaliyyətinin ilk ilində 74 ölkədən sifariş edilmiş 475 milyon ABŞ dolları dəyərində mallar istehsal olunub. Azərbaycan dünyada Rəqəmsal Ticarət Mərkəzi vasitəsilə qeyri-rezidentlərə E-Rezidentura təklif edən ikinci, m-Rezidentira təklif edən birinci ölkədir”.

O Azərbaycan hökumətinin Frankfurt şəhərindən Honq-Konq şəhərinə istiqamətlənən transmilli fiber-optik xəttin çəkilməsini nəzərdə tutan "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsi (TASIM) təşəbbüsü ilə çıxış etdiyini də diqqətə çatdırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG