Accessibility links

50 il əvvəl yoxa çıxan fransız submarininin qalıqları aşkar edilib


Fransanın 50 il əvvəl yoxa çıxan sualtı gəminin parçaları Toulon limanından təxminən 45 kilometr məsafədə aşkar edilib.

1962-ci ilin yanvar ayında itən sualtı “Minerva” gəmisinin tərkibində 52 dənizçi olub.

Mən bu anı uzun zaman gözləyən ailələr haqda düşünürəm.

Fransanın müdafiə naziri Florens Parli özünün Tweeter səhifəsində sualtı gəminin aşkar edilməsinin səbəbinin yeni hidro-dinləyici qurğular və dronlar da daxil olmaqla suyun altında təqdiqatlar aparılması üçün son texnologiya olduğunu yazıb.

"Bu uğurdur, rahatlıqdır, texniki nailiyyətdir," Parli yazıb. "Mən bu anı uzun zaman gözləyən ailələr haqda düşünürəm."

Fransa gəmidə həlak olan dənizçilərin ailələri üçün anım mərasimi təşkil edəcək.

Fransa Hərbi Dəniz Qüvvələri sualtı gəminin parçalarının aşkar edildiyi yerdə qalacağını və həmin yerin həlak olan dənizçilərin son mənzili olacağını bəyan edib.

"Minerva"-nın qəzaya düşməsinin səbəbləri heş vaxt aydın olmayıb.

XS
SM
MD
LG