Virciniya ştatının Arlinqton Bölgəsinin Yanğından Mühafizə Xidmətinin yanğın və təcili tibbi yardım üzrə kapitanı Castin Tirelli 11 sentyabr 2001-ci ildə qaçırılan təyyarə Pentaqonun divarına çırpılarkən 24 yaşında idi.
Castin Tirelli həmin günü yada salaraq bildirir ki, "Belə böyük bir hadisə baş verəndə 20 il böyük bir rəqəm kimi səslənə bilər, lakin bu belə hiss olunmur. Sanki dünən baş vermiş kimi hiss yaradır. "
Tirelli və onun iş yoldaşları Pentaqona getmək əmri aldıqları zaman ABŞ-a qarşı hücum həyata keçirildiyini anlamışdılar - "Bu bizim üçün olduqca ağır idi. Binan çölündə binadan qaçan insanlar, yaralı şəxslər var idi, böyük bir tüstü qalxır və böyük bir yanğın var idi. Orada yanğınsöndürən maşınlar, polis maşınları var idi. Təyyarələrin gəlməsi barədə xəbərdarlıqlar var idi. Evakuasiya et, içəri gir, geri qayıt, yenidən evakuasiya et".
Toqquşmanın səbəb olduğu alovlara qarşı yorucu mübarizə saatlarla davam edib. Bu müddət ərzində Tirelli dama çıxmaq üçün Pentaqonun içərisinə girməli olub. O yuxarıya qalxan yolda dağıntıları və təyyarənin qalıqlarını görüb. Tüstü o qədər qalın olub ki, Tirelli oradan sağ çıxmayacağını düşünüb: "Yanğından başqa heç nə yox idi. Və hər dəfə su vurduğumuz zaman sanki heç bir işə yaramadığı hissini verirdi. Sadəcə su vururuduq və sanki bu da boşluğa gedirdi".
Tirelli insanların qışqırdığını və ağladığını eşidib, çölə qaçan hərbi qulluqçuları görürdü. Onun yanğınsöndürənlər komandası fasilə veməkdən imtina edib - heç kim oranı tərk etmək istəmirdi. Gördükləri hələ də onun yaddaşındadır: "Təmizləmə işlərinə kömək etdiyimiz zaman orada gördüyüm bəzi insanlar, gördüyüm qurbanlar heç vaxt yaddımdan çıxmayacaq. Biləndə ki, onlar sadəcə cansız bədənlər deyil, cəsədlər deyil. Onlar ailələri tərəfindən sevilən insanlardır. Bütün bunları birləşdirdiyimiz zaman bunun çəkisini, ağırlığını, bunun ciddiliyini anlayırsınız. Və bütün bunlar səndə iz buraxır, bamayaraq ki, onları heç vaxt tanımamışam, ailələri ilə bağlılıq hiss edirəm".
Pentaqona edilən hücum Tirellinin həyatını dəyişdi. Lakin bu yanğınsöndürən özünü qəhraman hesab etmir, bu sadəcə onun işi idi.
20 il keçməsinə baxmayaraq o, hər il bu hadisənin ildönümünü qeyd edir.