Accessibility links

Ukraynada həlak olan azərbaycanlı kapitan Şücaət Ordeninə layiq görülüb


İlqar Saleh oğlu Bağırovun Ukrayna qəhrəmanı elan edilməsi üçün imza toplanılır

Ukraynanın şərqində gedən döyüşlər zamanı həlak olan azərbaycanlı kapitan İlqar Saleh oğlu Bağırov ölümündən sonra Şücaət Ordeninə layiq görülüb.

Ukraynanın Azərbaycanlılar Konqresinin sədri, Millətlər Assableyasının prezidenti Rövşən Tağıyev İrpen şəhərində Bağırovun ailə üzvləri ilə görüşüb və onlara kapitanın qəhrəmanlıq sənədini təgdim edib. ru.apa.az-ın məlumatına görə, Ukraynanın Azərbaycan diasporunun rəhbəri Namiq Quliyev də görüşdə iştirak edib və mərhumun ailəsinə yardım göstərilib.

Hazırda İlqar Bağırovun Ukrayna qəhrəmanı elan edilməsi üçün imza toplanılır.

O, 1970-ci ili may ayının 12-də Bakıda anadan olub. Ukrayna hərbi qüvvələri sırasında xidmətdə olan zabit 11-ci kəşfiyyat batalyonunun komandir müavini təyin edilib.

Luqansk vilayətinin Debaltsevo şəhəri uğrunda sentyabr ayında döyüşlər zamanı kəşfiyyat komandası mühasirəyə alınıb. Bağırov mühasirədən çıxa bilmədikdə əl qumbarası ilə özünü və düşmənlərini partladıb. Naməlum şəxslər tərəfindən hadisə yerində dəfn edilən İlqarın qəbri Ukrayna ordusu tərəfindən bu yaxınlarda aşkar edilərək, cəsədi İrpenə aparılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG