Accessibility links

İlham Əliyev BMT Baş Assambleyasının iclasında çıxış edib


Azərbaycan prezidenti İlham Əliyev BMT Baş Assambleyasının iclasında çıxış edib.

İlham Əliyev çıxışına Dağlıq Qarabağ münaqişəsindən başlayıb, ölkənin 20 faiz ərazisinin 25 ildən çoxdur ki, erməni işğalı altında olduğunu bildirib.

"Ermənistan 25 ildən çoxdur ki, Dağlıq Qarabağ və ona bitişik digər altı rayon da daxil olmaqla, Azərbaycanın 20 faiz ərazisini işğal edib .Dağlıq Qarabağ Azərbaycanın tarixi tərkib hissəsidir. Ermənistanın təcavüzü nəticəsində ölkənin beynəlxalq aləm tərəfindən tanınan təxminən 20 faiz ərazisi işğal altındadır. Nəticədə 1 milyondan artıq adam didərgin düşüb."

Ermənistan Dağlıq Qarabağ, Azərbaycanın digər rayonları və Ermənistanda Azərbaycana qarşı etnik təmizləmə siyasəti aparır. Xocalıda "soyqırımı" törədib, hansı ki, bu, 10-dan çox ölkə tərəfindən tanınıb. 1992-ci il fevralın 26-da Xocalıda hərbi cinayət törədib, 630 dinc sakini qətlə yetirib. Onlardan 106 qadın, 63-ü isə uşaqlardır. İnsanlığa qarşı bu dəhşətli cinayəti törədən hərbi cinayətkarlardan biri indiki Ermənistan prezidentidir", İlham Əliyev deyib.

Azərbaycan prezidenti bildirib ki, aparıcı beynəlxalq təşkilatlar Ermənistan ordusunun Azərbaycan ərazisindən çıxarılmasını tələb etsələr də Ermənistan hələ də buna əməl etmir. Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qətnamlərini yerinə yetirmir. Ermənistan status kvo-nu saxlamaq üçün bütün vasitələrə əl atır. Bu siyasət dayandırılmalıdır.

İlham Əliyev çıxışında aprel döyüşlərindən də danışaraq bildirib ki, Ermənistan apreldə Azərbaycanın dinc sakinlərinə hücum etməklə təcavüz törədib, nəticədə 6 dinc sakin həlak olub. Ermənistan rəhbərliyi həmin döyüşlərdən aldığı dərsi unutmamalıdır, əks halda bunun fəsadları daha ağrılı olacaq.

İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışının sonunda bir daha deyib ki, ​Azərbaycan münaqişənin dinc yolla həllinin tərəfdarıdır, amma eyni zamanda öz torpaqlarını, ərazi bütövlüyünü müdafiə etməlidir, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır.

İlham Əliyev ölkədə demokratik azadlıqlardan da danışıb.

"Azərbaycan demokratik ölkədir. Azərbaycanda bütün fundamental azadlıqlar, söz azadlığı, insan haqları, din azadlığı təmin edilib", prezident vurğulayıb.

İlham Əliyev daha sonra ölkənin nail olduğu iqtisadi uğurlardan, beynəlxalq enerji layihələrindən danışıb.

İlham Əliyev həmçinin ölkənin dəmiryol infrastrukturunu inkişaf etdirdiyini bildirib.

İlham Əliyev sonda ölkədə müstəqil siyasət aparıldığını bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG