Accessibility links

"İlham Əliyev bəziləri üçün həbsxana qapılarını açıb"


Eurasianet.org-un yazdığına görə, Azərbaycan prezidenti İlham Əliyev son zamanlar qeyri-adi xeyirxahlıq nümayiş etdirir. Sentyabrın 11-də bloger Aleksandr Lapşin əfv edilib, Turan informasiya agentliyinin baş redaktoru Mehman Əliyev azadlığa buraxılıb.

Azad mətbuatın mövcud olmadığı bir ölkədə bunlar müsbət addım kimi qiymətləndirilir. Heç olmasa Mehman Əliyevin işi Əliyevin sükunətinin bəhrəsi oldu. Belə ki, ABŞ Senatında Mehman Əliyevin həbsində iştirakı olan Azərbaycan rəsmilərinə qarşı sanksiyalar barədə düzəliş təqdim edilib.

Mehman Əliyev
Mehman Əliyev

​Azərbaycanın külli miqdarda çirkli pulların yuyulması və Avropada nüfuzunu satın almasının ortaya çıxması Əliyevin ziyanları nəzarətə alması üçün daha bir səbəb oldu. Rəsmi Bakı ittihamlara cavab olaraq pis polis mövqeyindən çıxış etməyi seçdi. Lakin indi yaxşı polis rolu vaxtı çatdı.

Vergilər Nazirliyi avqustun 8-də “Turan” agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edirdi ki, 60 min manat vergidən yayındırılıb. Lakin ekspertlər bunu ölkədəki yeganə azad mətbuatın susdurulması kimi qiymətləndirib.

Prezident Əliyevin Turan agentliyinin rəhbərinin həbs qət-imkan cəzasının dəyişdirilməsi əmrinə məhkəmə dərhal riayət edib.

Prezidentin köməkçisi Əli Həsənov da bildirib ki, Azərbaycanda 2009-cu ildən bəri heç bir jurnalist peşəkar fəaliyyətinə görə həbs edilməyib.

Aleksandr Lapşin
Aleksandr Lapşin

Göründüyü kimi bütün baş verənlər Lapşinə də şamil edilib. İttihama görə, o, Azərbaycanın işğal olunmuş ərazilərində separatçılarla əlaqə quraraq, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında ora gedib.

Aleksandr Lapşin həm İsrail, həm Rusiya, həm də Ukrayna vətəndaşıdır. Onun azadlığı heç də hökumətin nəzarətinin azalması demək deyil. Azərbaycan həbsxanaları hələ də siyasi məhbuslar, fəallar və jurnalistlərlə doludur.

Əliyevin hakimiyyəti həbs tənqidləri ilə işləyirsə, həbsxanaların qapıları digərləri üçün də açıla bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG