Accessibility links

"Şahın gecəsi" - "Eurasian Film Festival"ında ən yaxşı ssenari nominantı


"Şahın gecəsi" - "Eurasian Film Festival"ında ən yaxşı ssenari nominantı
please wait

No media source currently available

0:00 0:03:23 0:00

Azərbaycan yazıçısı İlham Rəhimovun "Şahın gecəsi" əsəri Londonda keçirilən nüfuzlu "Eurasian Film Festival"ında ən yaxşı ssenari nominasiyasına layiq görülüb.

Bu film festivalı haqda danışarkən müəllif deyib ki, festival Avrasiya yaradıcılıq gildiyasının ilk festivalı idi. Bu tədbirdə 24 ölkənin təmsil edildiyini deyən İlham Rəhimov festivalın məqsədinin Avrasiya ölkələrindən olan müəlliflərin əsərlərinin ingilisdilli icmalara çatdırmaq olduğunu bildirib.

"Şahın gesəsi” əsərinin mövzusuna toxunan yazar hadisələrin 20-ci əsrin ortalarında cərəyan etdiyini deyib. Onun sözlərinə görə, kitabda siyasi və tarixi hadisələr öz əksini tapıb.

Şahın gecəsi
Şahın gecəsi

Kitabda İran şahı Məhəmməd Rza Pəhləvi və İranda siyasi təşkilat rəhbəri Məhəmməd Müsəddiq arasındakı qarşıdurmadan əlavə, təkcə Yaxın Şərq deyil, o zaman baş verən bütün dünya hadisələri əks etdirilir.

Müəllif İran, Rusiya, ABŞ və Sovet İttifaqının kəşfiyyat orqanları arasındakı qarşıdurmaların da əsərdə yer aldığını deyib.

Əsərinin filmə çevriləcəyinə inamına gəlincə İlham Rəhimov deyib ki, bu, onun əlində olan bir səlahiyyət deyil. Lakin yazar bunun filmə çevrildiyi halda maraqlı bir əsər ola biləcəyinə inamını da ifadə edib.

XS
SM
MD
LG