Accessibility links

İlham Əliyev: Mən bundan əvvəl sahibkar olmuşam, bizneslə məşğul olmuşam


Azərbaycan prezidenti yaxın vaxtlarda Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun tərəfindən açıqlanan “Pandora sənədləri”nə münasibət bildirib.

Prezident.az saytının məlumatına görə, İlham Əliyev bu barədə oktyabrın 7-də İtaliyanın “La Republica” qəzetinə müsahibəsində jurnalistin sualına cavabında deyib.

Belə ki, jurnalist ona “Pandora sənədləri”ni sizdən soruşmaya bilmərəm. Bildiyiniz kimi adınız orada çıxıb. Siz müdafiə olaraq “Pandora sənədləri” haqqında nə deyərdiniz" sualına cavabında prezident "bu cür məsələlər məni çox illərdir müşayiət" edildiyini deyib. O bunun jurnalist araşdırması olmadığını hesab etdiyini deyib.

Aydındır ki, bu, jurnalist araşdırması deyil. Məlumdur ki, bunun arxasında kim dayanır. Aydındır ki, nəyə görə Azərbaycanın da adı çıxır.

“Siyasi konyunkturadan asılı olaraq Qərbdə bəzi qüvvələr vaxtaşırı Azərbaycanı gözdən salmaq, onun mövqeyini zəiflətmək üçün bu cür iftiralardan və böhtanlardan istifadə etməyə çalışır. Aydındır ki, bu, jurnalist araşdırması deyil. Məlumdur ki, bunun arxasında kim dayanır. Aydındır ki, nəyə görə Azərbaycanın da adı çıxır. Mən başqaları haqqında bilmirəm. Ola bilsin, bəlkə onlar da elə bir şey ediblər ki, Qərbdə bəzi qüvvələrin xoşuna gəlməyib. Lakin Azərbaycana gəldikdə, əlbəttə ki, İkinci Qarabağ müharibəsində qələbə bir çoxları üçün sürpriz oldu. Bu, onların xoşuna gəlmədi. Onlar Azərbaycanı zəif, asılı, işğal altında olan və hər zaman münaqişənin həlli üçün yardım istəyən ölkə kimi görmək istəyirlər. İndi isə bir halda ki, Azərbaycan bunu özü etdi və Ermənistanı məğlub etdi, Ermənistana sıx bağlılığı olan Qərbdəki həmin dairələr yenə böyük fəallığa keçiblər. Biz bunu gözləyirdik. Əslində, biz bilirdik ki, Azərbaycana qarşı yeni qarayaxma kampaniyası planlaşdırılır.”

İlham Əliyev prezident olmamışdan əvvəl sahibkar olduğunu xatırladıb.

“Mən bundan əvvəl sahibkar olmuşam, bizneslə məşğul olmuşam. Tərcümeyi-halım da məlumdur. Özü də uğurlu sahibkar olmuşam. Prezident seçiləndə mən kasıb insan deyildim. Prezident olduqdan sonra mən biznesdə birbaşa iştirakımı dayandırdım və biznesi öz ailəmə ötürdüm. Siz bəlkə məni başa düşərsiniz ki, bütün mirasını pişiklərə və itlərə qoyub gedən Qərbdəki digər insanlardan fərqli olaraq, İtaliya və Azərbaycanda biz ailə dəyərlərinə daha çox üstünlük veririk. Buna görə, mən bütün biznesimi uşaqlarıma ötürdüm. Onlar isə səylər göstərib biznesi davam etdirirlər. Onların əsasən Azərbaycanda sərmayələri var. Onların Azərbaycandan kənarda sərmayələri var. Onların bütün biznes fəaliyyəti şəffafdır və beynəlxalq səviyyədə auditdən keçir və heç kəs burada bir şeyin səhv olması iddiası ilə çıxış edə bilməz.”

İham Əliyev sənədlərdə yazılanların 5 faiz həqiqət olmasını ehtimal edib.

Sənədlərdə nə yazılıbsa, səmimi desəm, mən onları oxumamışam. Mənə məlumat verildi və orada ola bilsin 5 faiz həqiqətdir. Qalanı isə yalandır.

“Sənədlərdə nə yazılıbsa, səmimi desəm, mən onları oxumamışam. Mənə məlumat verildi və orada ola bilsin 5 faiz həqiqətdir. Qalanı isə yalandır. Amma bir daha bu haqda açıq söyləməyə qanuni haqqım var. Azərbaycanda sirr deyil ki, mənim qohumlarım və ailə üzvlərim biznesdə, xeyriyyəçilikdə və hazırda Qarabağda aparılan bir çox işlərdə iştirak edirlər. Məsələn, mənim yaratdığım Fond hazırda Qarabağda - Ağdamda, Şuşada və Zəngilanda bütün məscidlərin bərpasına sərmayə yatırır. Bu işlər Fondun pulu hesabına maliyyələşdirilir. Biz qaçqınlar üçün evlərin tikintisini maliyyələşdirmişik. Beş mindən çox ailə üçün bu işi görmüşük. Biz Azərbaycanda çox işlər görürük. Əlbəttə ki, bunlar Qərbdə bəzi insanların xoşuna gəlmir. Onlar bizi ittiham etmək istəyirlər. İstəyirlər ki, biz onlara tabe olaq. Bizi iradələrinə tabe etdirmək istəyirlər. Mən isə deyirəm: Yox! Mən Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm. Bütün həmin çirkin hekayələrin isə mənim və Azərbaycan xalqı üçün heç bir mənası yoxdur.”

Ekspertlər nə deyir?

Bu yaxınlarda Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun əldə etdiyi sənədlər daha bir beynəlxalq rezonansa səbəb olub. Adı çəkilən sənəddə gizli yollarla sərvətə sahib olan ölkə rəsmi məmurları və onların ailələrinin sırasında Azərbaycan prezidenti İlham Əliyevin də adı keçir. Araşdırmaçı jurnalist Xədicə İsmayılova Amerikanın Səsinə müsahibəsində ​bu araşdırmanın Azərbaycan cəmiyyətinə təsirlərindən və bu sənədlərdən əvvəl açılan digər araşdırmalara Azərbaycanda hələ də hüquq-mühafizə orqanları tərəfindən hər hansı bir reaksiya verilməməsindən danışıb.

Bir müddət əvvəl Amerikanın Səsinə açıqlama verən Xədicə İsmayılova deyib ki, Pandora dosyesində 12 milyondan çox sənəd var. Onun sözlərinə görə, biznes şəffaf olmalıdır ki, bu, kriminal əməllər üçün vasitə olmasın. Bundan əlavə jurnalist Azərbaycanda məmurların 15 ildən artıqdır ki, gəlir bəyannaməsi vermədiyini bildirib.

Daha sonra Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu ilə birlikdə “Pandora Sənədləri” üzərində işləyən Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Təşkilatının (OCCRP)-nın redaktorlarından biri olan İlya Lozovski Amerikanın Səsinə müsahibədə sənədlərdəki əsas tapıntılar, Azərbaycan prezidenti İlham Əliyevin ailəsinə məxsus mülkləri barədə qısa məlumat paylaşıb və beynəlxalq ictimaiyyətin bu əməlllərin qarşısını almaq üçün ata biləcəyi addımları şərh edib.

Onun sözlərinə görə, bu gün ofşor artıq hər hansı bir ada anlamına gəlmir. "Ofşor Birləşmiş Krallıq, Florida, Cənubi Dakota, Delaver və dünya boyu bir çox yer ola bilər. Zəngin insanlar bu xidmətlərdən istifadə edərək sərvətlərini saxlaya biləcəkləri ofşor şirkətlər qururlar. Bir çox halda bunun legitim səbəbləri olur. Amma biz həmçinin tapmışıq ki, bu ofşor yerlərin təmin etdiyi məxfilik ictimai xadimlər, onların qohumları və başqa insanlar, və bəzi hallarda cinayətkarlara naməlum mənbədən gələn pulları gizlətməyə və əmlak sahibi olmağa imkan verir", İlya Lozovski bildirib.

Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun (BAJK) oktyabrın 3-də açıqladığı "Pandora Sənədləri" adlandırılan sənədlərə əsasən, dünya ölkələrinin hazırkı və keçmiş onlarla lideri dünyanın hər yerində var-dövlət və gizli daşınmaz əmlaka sahibdir.

“Pandora Sənədləri” Azərbaycan və Ukrayna prezidentləri daxil olmaqla beş qitədəki ölkə liderlərinin, əksər hallarda başqa ölkələrdə olan aktivlərini gizlətdiyini və sərvətlərini ofşor vergi cənnətlərində gizlətməkdən ötrü ofşor şirkətlərdən istifadə etdiklərini göstərib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG