Accessibility links

İlham Şaban: Trans Anadolu 2018-ci ildə Azərbaycan qazını qəbul edəcək [Audio-Müsahibə]


Neft Araşdırmaları Mərkəzinin rəhbəri Trans Anadolu qaz kəmərinin inşasının 2015-ci ilin ikinci yarısında başlayacağını və 2018-ci ilin birinci yarısında fiziki işlərin başa çatdırılacağını deyib.

please wait

No media source currently available

0:00 0:06:55 0:00
Direct link

İlham Şaban kəmərin su ilə testindən sonra onun 2018-ci ilin dördüncü rübündən sonra Azərbaycan qazını qəbul edəcəyini bildirib.

O, kəmərin birinci mərhələsində 16 milyard kub metr qazın ötürülməsi nəzərdə tutulan layihənin qiymətinin 11.8 milyard dollar təşkil etdiyini deyib.

İlham Şaban 2023-cü ildə kəmərin ikinci mərhələsinin gerçəkləşdirilməsinin nəzərdə tutulduğunu və kəmərin buraxıcılıq gücünün 23 milyard kub metrə qədər artırılacağını bildirib.

“Sonuncu mərhələ olan 2026-ci ildə qazın nəqli 31 milyard kub metrə çatdırılacaq”-deyə ekspert bildirib.

Qaz kəmərinin perspektivlərini Azərbaycan üçün ehtiyatda olan qazının bazara çıxarlma imkanı kimi qiymətləndirən İlham Şaban infrastrukturun olmamasına görə Azərbaycan qazının bazara çıxaılmasının 8 il gecikdirildiyini deyib.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri Azərbaycanın yeni texnologiya və qazma avadanlıqlarının yardımı ilə 30 ildən sonra dərinliklərdən qaz çıxarıb dünya bazarlarına təklif etmək imkanına malik olduğuğunu bildirib.

O, Azərbaycanın 9 metrlik dərinlikdən belə qaz çıxarma perspektivlərinin olduğunu virğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG