Accessibility links

Azərbaycanın prezidentinin Brüsselə səfəri başlayıb


Prezident İlham Əliyev
Prezident İlham Əliyev

Danışıqların əsas mövzusu enerji əməkdaşlığı və “Cənub qaz dəhlizi” layihəsidir

Prezident İlham Əliyev ötən gün axşam Brüsselə işgüzar səfərə gedib.

İyunun 21-də dövlət başçısının Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozo və Aİ Şurasının prezidenti Herman van Rompeylə görüşü planlaşdırılıb. Danışıqlarda əsas mövzulardan biri enerji əməkdaşlığı və “Cənub qaz dəhlizi” layihəsinin reallaşması olacaq.

İ.Əliyevin Brüsselə səfəri ərəfəsində Azərbaycanın vətəndaş cəmiyyəti fəallarından ibarət böyük bir qrupundan və Human Rights Watch təşkilatından Aİ rəhbərlərinə müraciətlər göndərilib. Müraciətlərdə görüşlər zamanı Azərbaycanda insan haqlarının pozulması probleminin qaldırılması xahiş olunur.

Ötən həftə Avropa Parlamenti Azərbaycanda toplaşma və ifadə azadlığının pozulmasını, həmçinin vətəndaşların siyasi motivlərlə təqib edilməsini, əsasən REAL hərəkatının lideri İlqar Məmmədovun həbsini pisləyən qətnamə qəbul edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG