Accessibility links

İlham Ələkbərov: Antropogen, texnogen tullantılar çoxdur [Video-müsahibə]


İlham Ələkbərov: Antropogen, texnogen tullantılar çoxdur
please wait

No media source currently available

0:00 0:07:54 0:00

İlham Ələkbərov: Antropogen, texnogen tullantılar çoxdur

AMEA-nin Zoologiya İnstitutunun direktorunun Amerikanın Səsinə müsahibəsi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun direktoru, AMEA-nin müxbir üzvü İlham Ələkbərov Amerikanın Səsinə müsahibəsində qlobal iqlim dəyişikliyinin və antropogen fəaliyyətin Azərbaycanda faunaya təsirlərindən danışıb.

Amerikanın Səsi: Qlobal iqlim dəyişikliyinin Azərbaycan faunasına təsirləri nədir?

Yay vaxtı bəzi yerlərdə Xəzər dənizinin suyundan xoşagəlməyən iyi gəlir.

İlham Ələkbərov: Çox ətraflı sualdır. Mən ən parlaq nümunələri göstərəcəm. Birinci, köçəri quşların köçmə vaxtı var. Yəni miqrasiyanın öz vaxtı var-yazda, payızda. Bu vaxt hal-hazırda dəyişilib, qabaqkı illərlə fərq var. Sonra, Xəzərdən danışanda orada vəziyyət çox çətindir. Bu antropogen, texnogen tullantılar çoxdur. Bir tərəfdən də iqlimin də təsiri var. Yəqin fikir veribsiniz? Yay vaxtı bəzi yerlərdə Xəzər dənizinin suyundan xoşagəlməyən iyi gəlir. Çox vaxt bu yosunlardan olur. Suyun temperaturu artanda 29-30-a, qabaqlar belə şey heç vaxt olmayıb. Amma, indi biz onu görürük, müşahidə edirik. Temperatur qalxanda yosunların bəzi növləri məhv olur. Bu da çürümə prosesləri əmələ gətirir. O da oksigenin düşməsi ilə əlaqədardır. Oksigen də azalanda, bilirsiniz, bu qida zənciridir, sonra bu təsir edir balıqların yem orqanizmlərinə, balaca xərçənglərə və sair, həm də balıqların özünə, misal üçün sürfələrinə. Bundan əlavə tək iqlim problemləri deyil. Antropogen çirklənmə ilə bağlı çoxlu problemlər var. Əlbəttə, birinci növbədə söhbət Xəzər dənizindən gedir. Torpaqların da çirklənməsi xeyli miqdar təşkil edir. Əlbəttə, bunu biz Abşeronda müşahidə edirik. Düzdür indi neftlə çirklənmənin aradan qaldırılması üçün xeyli iş görülür. Mən Suraxanıda oluram, görürəm ki, orada torpaqların təmizlənməsi üçün xeyli işlər aparılır. Amma, problem hələ ki, axıracan həll olunmayıb. Onun da gərək davamı olsun.

Amerikanın Səsi: Antropogen təsirlər nəticəsində regionun faunasında yaranmış durumu necə xarakterizə edərdiniz?

İlham Ələkbərov: Mən sizə belə bir nümunə gətirim. Qırmızı kitabın birinci nəşrində cəmi 100-ə qədər, 100-dən bir qədər çox növ var idi. Hansı ki, nəsli kəsilməkdə və təhlükəli vəziyyətdə olan növlərdir. Söhbət heyvanlardan gedir. Amma, ikinci nəşrə artıq 243 növ düşüb. Elə bu sizin suala cavabdır. İki dəfə artıb.

Amerikanın Səsi: Bu Azərbaycanda nəsli kəsilməkdə olan heyvanların “Qırmızı kilab”ıdır?

İlham Ələkbərov: Bəli. Orada biz heyvanları nəzərdə tutanda ancaq burada söhbət böyük məməlilərdən, gedir, təkcə pələnglərdən söhbət getmir. Biomüxtəliflik siz bilirsiniz ki, başlanır mikroblardan və qurtarır şirnən, filnən. Bütün heyvanlar aləmi biomxtəlifliyi əhatə edir.

Amerikanın Səsi: Hökumət ölkədə vəhşi təbiətin, o cümlədən faunanın qorunması üçün hansı proqramlar həyata keçirir?

İlham Ələkbərov: Proqramlar çoxdur. Proqramları əsasən ekologiya nazirliyi həm yerinə yetirir və özü də təklif edir.

Biz daha çox elmi tərəflərinə baxırıq. Ona görə, çox vaxt biz proqnoz veririk. Bu su anbarlarında, məsələn Mingəçevirdə nə qədər balıq tutmaq olar? Bu müşahidə ilboyu aparılır. Neçə dənə balıq süfrələri üzə çıxıb və sair.

Elmi araşdırmalardan sonra müvafiq təşkilatlara məlumat veririk.

Amerikanın Səsi: Nəsli kəsilməkdə olan heyvanlardan danışaq. Azərbaycanın “Qırmızı kitabı”nın birinci nəşri nə vaxt çap olunub? İndiki nəşrə nə qədər nəsli kəsilməkdə olan heyvan daxil edilib? Son 50 ildə nəsli kəsilməkdə olan heyvanlar daha çox hansı sinfə aiddir?

Hazırda kitaba nərə balıqları salınmır, amma bu balıqlar daha yox vəziyyətindədir. Çox kritik vəziyyətdədirlər.

İlham Ələkbərov: Birinci nəşr “Qırmızı kitab” 1989-cu ildə çap olunub. İkinci nəşr kitab isə 2013-c ildə işıq üzü görüb. Birinci nəşr kitabda haradasa 120 növ var idi. İkinci nəşrdə isə daha çoxdur. Bura həm daha çox yeni növ quşlar düşüb, həm məməlilər, balıqlar əlavə olunub. Hazırda kitaba nərə balıqları salınmır, amma bu balıqlar daha yox vəziyyətindədir. Çox kritik vəziyyətdədirlər. Amma, onlardan cəmi bir növ kitaba salınıb. Gərək hamısı salına idi. Misal üçün, Talış qırqovulu da bu vəziyyətdədir. Haradasa camaat evlərdə saxlayır. Heyvanxanalardabir-iki nümunə var. Təbiətdə bu növ artıq yoxdur. Deməli onu məhv olunan hesab etmək olar.

XS
SM
MD
LG