Accessibility links

İlhan Ömər 11-i sentyabr hadisəsi barədə şərhindən sonra daha da çox ölüm təhdidləri ilə üzləşdiyini deyir


ABŞ-ın Nümayəndələr Palatasının üzvü İlhan Ömər prezident Tramp onun 2001-ci il sentyabrın 11-i törədilmiş terror hücumu haqda şərhinin ardınca video yaydıqdan sonra ona qarşı ölüm təhdidlərinin sayının artıdığını deyib.

Bazar gününün axşamı açıqladığı bəyanatında Ömər deyib ki, onu ölümlə hədələyən şəxslərin çoxu bir başa Trampın bölüşdüyü videoya istinad edib.

O həmçinin, ABŞ və digər ölkələrdə sağçı ekstremistlər tərəfindən törədilən zorakılıqların və nifrətin artmasından sitat gətirərək deyib ki, biz artıq onların Tramp tərəfindən təşviq edildiyi faktını danmamalıyıq.

Ağ Ev sözçüsü Sara Sanders zorakılıq və “İslamafobiya” hallarına Trampın səbəb olduğunu inkar edib.

“Ələbttə ki, prezidentin heç kimlə qəsd-qərəzliyi və zorakılıq niyyəti yoxdur. Lakin prezident bir dəfə deyil, ümumiyyətlə antisemit şərhlər vermək tarixinə malik olan bir konqresmenə səslənməli idi. Başlıca sual isə nəyə görə demokrat konqresmenlərin bunu etməməsidir. Onun şərhləri tamamilə xəyanətkar bir mövqedir” - deyə, Sara Sanders bildirib.

Ötən ay Amerika-İslam Əlaqələri Şurasında etdiyi emosional çıxışında Ömər müsəlmanlara qarşı ayrı-seçkilik və şübhələr barədə danışıb. O deyib ki, qrup 11 sentyabr hadisələrindən sonra yaradılıb.​

Tramp cümə günü 11 sentyabr terror hücumundan 40 saniyəlik videolar yerləşdirdiyi tvitində “kimsə nə isə edib” sözlərini yazıb.

Ömərin tənqidçiləri onun 2001-ci ildə törədilmiş hücum barədə ifadələrindən sitat gətirərək onu bu dəhşətli hadisəni əhəmiyyətsizləşdirməkdə təqsirləndirib. Amma onun çıxışının ardı barədə bir söz deməyib.

Məsələyə münasibət bildirən Nümayəndələr Palatasının spikeri Nensi Pelosi deyib ki, 11 sentyabr hadisəsi barədə xatirələr müqəddəsdir və bu barədə edilən bütün söhbətlər zamanı bu xatirəyə hörmət saxlanılmalıdır.

Pelosi Trampın videosunu hörmətsiz və təhlükəli adlandırıb və videonun vebsəhifədən yığışdırılmalı olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG