Accessibility links

İlk təəssürat seçkilərdə ciddi rol oynaya bilər


İlk təəssürat seçkilərdə ciddi rol oynaya bilər
please wait

No media source currently available

0:00 0:02:32 0:00

ABŞ-da noyabr ayında keçiriləcək mühüm ara seçkiləri Konqresin nəzarətində dəyişiklik edə bilər. Namizədlər isə seçicilərin səsini əldə etmək ücün öz siyasi mövqelərini sərgiləyir. Aleksand Todorovun yeni kitabında da seçkilərdən bəhs edilir. Müəllif ilk təəssüratın təsirlərini araşdırıb.

Hansı siyasətçiyə səs verərdiriniz?

Onlar hamısı eynidir, eləmi?

Elə də deyil. Danimarka alimlərinin keçirdiyi araşdırmalar real üzün daha dominant olduğunu müəyyən edib. Prinston universitetinin professoru Aleksandr Todorov bu fərqlərin dəyişikliklərə yol açdığını deyir.

"Sağ cinah seçicilər dominant görünüşlü siyasətçilərin mesajlarına daha çox diqqət verir.Liberallar isə mesajlara daha çox qadınlığın müşayiəti ilə əhəmiyyət verir."

Todorovun Üz dəyəri kitabında bu, yalnız bir misal deyil. Müəllif üzlərə baxaraq insanların qeyri-ixtiyari mükahimələrinin verdiyi nəticələri də izah edir.

Məsələn seçkiləri götürək. Todorov yalnız bircə testlə bütün yarışların proqnozlaşdırıla biləcəyini deyir. O, müxalif namizədlərin kampaniya şəkilləni seçicilərə göstərərək, onların hansının daha kompitet olduğunu soruşub.

Görünüşü ilə kompitent sayılan namizəd seçkilərdə 70 faiz səs qazanmışdı.

"Bu təəccüblü görünür. Amma bu seçkilər çox mühim idi. Buraya tonlarla pul axıb. Namizəd də çox idi. Amma biz seçkilərin nəticələrini təxmin edə bildik."

Todorov deyir ki, siyasi məsələri bilən seçicilərin təsiri də böyükdür.

Araşdırmalar göstərib ki, etibarlı görünən insanlar aşağı kredit alır, kriminallar isə görünüşlərinə görə ağır cəzalara məhkum edilir.

"Ölüm cəzasına məhkum edilənlərin görünüşlərində etibarlılıq olmur. Bu sadəlövlüklə ölçülür. Bu, görünüşün nə qədər mühüm rol oynadığının ciddi göstəricisidir."

Baxmayaraq ki, ilk təəssürat çox zaman yanlış olur. Müəllif bunu tez və avtomatik olması ilə izah edir.

"İnsanları bundan çəkindirmək asan deyil. Əlinizdən nə gələ bilər. Maarifləndirmə və əlavə məlumat. Lakin bunu söyləmək etməkdən asandır."

Namizədlər haqda məlumat toplamaq səy tələb edir. Lakin məlumatlı seçici ilk təəssüratla qərar vermək qədər ağılsız deyil.

Dünyaya Baxış

Dünyaya Baxış - 26 iyul 2021
please wait

No media source currently available

0:00 0:11:16 0:00

Amerika İcmalı

Amerika İcmalı - 23 İyul 2021
please wait

No media source currently available

0:00 0:29:57 0:00
XS
SM
MD
LG