Accessibility links

İlkin Rüstəmzadə: "Heç vaxt əlimə silah almamışam..."


İki gün öncə 15 günlük həbsdən sonra sərbəst buraxılan gənc fəal İlkin Rüstəmzadə bu gün xuliqanlıq maddəsi ilə yenidən həbs edilib. Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2 maddəsi ilə ittiham olunan gənc fəal barəsində Nəsimi Rayon Məhkəməsi 2 aylıq həbs qətimkan tədbiri seçib.

Həbsindən bir neçə saat əvvəl İlkin Rüstəmzadə həbs olunacağını ehtimal edərək Facebook vasitəsilə açıqlama verib. Mesajında o, həbsə hazır olduğunu bildirərək, bəzi məlumatları virtual dostları ilə bölüşüb. Qeydlər aşağıdakılardan ibarətdir.

Mənə qarşı açılacaq istənilən ittiham saxtadır! Əgər məhkəməyə çıxarılsam, barəmdə həbs-qətimkan tədbiri verilsə tam qanunsuzdur, siyasi sifarşdir!
İlkin Rüstəmzadə
"1. Heç vaxt silahım olmayıb, heç vaxt əlimə silah almamışam, kiməsə silah da verməmişəm!
2. Heç bir kütləvi ixtişaşa təşkilatçılıq etmək niyyətim olmayıb, təşkil etdiyimiz aksiyaların dinc, sivil olmasını az qala hər çağırışda etmişik!
3. Mənə qarşı açılacaq istənilən ittiham saxtadır! Əgər məhkəməyə çıxarılsam, barəmdə həbs-qətimkan tədbiri verilsə tam qanunsuzdur, siyasi sifarşdir!
4. MDİın adını yalnız 10 mart aksiyasından sonra eşitmişəm və Alex Grigorievslə hər hansı təmasım, əlaqəm olmayıb! Heç kimdən pul almamışam, heç kimə pul verməmişəm!
5. İçərdə bizə qarşı zorakılıq göstrən BŞBPİ əməkdaşlarına qarşı cinayət işi açılması, onların cəzalandırılmasıyla bağlı bütün addımları atacam! Kürdəxanıdan olsa belə."

İlkin Rüstəmzadə habelə bildirib ki, o, bu qeydlər mətbuat işçilərinin bilməsi üçün yazır.
XS
SM
MD
LG