Accessibility links

Azərbaycanda keçmiş siyasi məhbus və bacısı təhdid edilir


Keçmiş siyasi məhbus, ictimai fəal İlkin Rüstəmzadənin bacısı Türkan Rüstəmzadə tanımadığı şəxs tərəfindən küçədə təzyiqə məruz qalıb.

Bu barədə İlkin Rüstəmzadə Amerikanın Səsinə bildirib.

“Dünən axşam bacım Türkan Rüstəmzadə Əhmədli metrosu tərəfdən evə gələrkən arxadan bir cavan oğlan onun ağzını əli ilə tutub və deyib ki, qardaşına denən ağıllı olsun. Bunu dedikdən sonra o əlini çəkib və qaçıb,” o qeyd edib.

İlkin Rüstəmzadə bu hadisələrin onun siyasi fəaliyyəti və həbsxana həyatından bəhs edən yeni yazdığı “Qaranlığın hekayəsi” kitabı ilə bağlı olduğunu iddia edir.

“Düşünürəm ki, bu, mənim siyasi fəaliyyətimlə bağlıdır. Kitabım da səbəb ola bilər. Amma,heç bir halda hər hansı bir qrupla münaqişəm yoxdur. Burada məsuliyyət birbaşa hökümətin üzərinə düşür. Haradasa 10 gün bundan öncə sosial şəbəkədə mənə qarşı kütləvi kampaniya başlanıb. Mən İran dövlətini və onun siyasətini dəstəkləyənləri tənqid etmişdim. Adını qoydular ki, guya mən dindarları təhqir etmişəm. Amma mənim yazdığım statusda heç bir halda dindarları təhqir etmə detalı yox idi. Hökümətin nəzarətində olan dindarlar bunu kampaniyaya çevirdilər və real təhdidlərə məruz qaldım. Hətta bu gün yeni status yazdıqdan sonra da yenidən xarici telefon nömrələrindən mənə təhqir və təhdidedici mesajlar yazmağa başlayıblar. Hətta vurmaqla, öldürməklə də təhdid edirlər” - deyə, o qeyd edib.

Keçmiş siyasi məhbus hər iki hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdiyini bildirib.

Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu məsələ araşdırılacaq və əlavə məlumat veriləcək.

İlkin Rüstəmzadə 2013-cü ildə orduda qeyri-hərbi itkilərə qarşı kütləvi etirazların təşkili ilə bağlı "NİDA Vətəndaş Hərəkatı fəalları"nın işi üzrə həbs edilib. O, kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 6 il həbsdə qalıb. İlkin Rüstəmzadə Amnesty International beynəlxalq hüquq-müdafiə təşkilatı tərəfindən "vicdan məhbusu" kimi tanınıb.

Daha sonra ictimai fəalın “Qaranlığın hekayəsi" adlı kitabı çap olunub. Bu kitabda müəllifin altı illik həbsxana həyatı zamanı (2013-2019-cu illər) yaşananlardan bəhs olunur.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyanın raket hücumu Ukraynanın enerji obyektlərini zədələyib
please wait

No media source currently available

0:00 0:11:42 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG