Accessibility links

30 illik hakimiyyətindən sonra Sudan prezidenti istefa verib


30 illik avtoritar hakimiyyətinə qarşı 4 aydır davam edən etirazlardan sonra Sudan prezidenti Ömər Əl-Bəşir istefa verib.

Dövlət mediası Sudan ordusunun "vacib bir açıqlama" verməyi planlaşdırdığını elan etdikdən sonra sudanlı nümayişçilər Xartumda yerləşən ordu qərargahının qarşısında bu xəbəri bayram edib.

Associated Press və Reuters xəbər agentliklərinin verdiyi məlumata görə, 75 yaşlı dövlət başçısı istefa verdikdən sonra ölkəni idarə etmək üçün keçid məclisi yaradılacaq.

Minlərlə sakin Sudanın paytaxt küçələrinə yığışaraq və ötən həftənin şənbə günündən etibarən oturaq etiraz aksiyası keçirdikləri ordu qərargahına doğru yürüş ediblər. Aktivistlərin fikrincə, təhlükəsizlik qüvvələri ilə toqquşmalarda ən azı 22 nəfər həlak olub.

Etiraz aksiyaları dekabrın 19-dan başlayıb. Nümayişçilər Bəşir hökümətini iqtisadi maneələr yaratmaqla ölkədə ərzaq qiymətlərinin yüksəlməsinə, yanacaq və xarici valyuta çatışmamazlığına gətirib çıxarmaqda ittiham edir.

XS
SM
MD
LG