Accessibility links

İlon Mask üzr istəyib


İlon Mask Tailandda mağarada ilişib qalmış 12 gənc futbolçunun və onların məşqçisinin xilas əməliyyatı zamanı brtitaniyalı mağara ekspertinə ünvanladığı təhqirə görə üzr istəyib.

Tesla və SpaceX şirkətinin rəhbəri Vernon Ansvorsu pedofil sözünün qısaldılmış versiyası - “pedo” adlandırıb. Bu, Maskın oğlanların xilas edilməsi üçün SpaceX-in dizayn etdiyi mini sualtı qayığı istifadəsi təklifinə Ansvorsun rədd cavabı verməsindən sonra baş verib.

Mask çərşənbə günü Twitter hesabı ilə üzr istəyərək, bildirib ki, “bu sözlər, cənab Ansvorsun bir neçə yalan səsləndirməsindən və mənim mini sualtı qayıqla seksual əlaqədə olmağa təklif etməsindən sonra yaranan qəzəbin nəticəsi idi.”

“Heç nəyə baxmayaraq, onun mənə qarşı addımları mənim ona dediyim sözlərə bəraət qazandırır. Buna görə də mən cənab Ansvorsdan və lider kimi təmsil etdiyim şirkətlərdən üzr istətirəm.”

Ansvors isə öz növbəsində Maska qarşı hüququ addımlar atmaq haqqında düşündüyünü bildirir.

XS
SM
MD
LG