Accessibility links

AŞPA prezidentinin İlqar Məmmədova məktubu - Sizinlə mütləq görüşməyi düşünürəm


AŞPA sədri, Anna Brassor
AŞPA sədri, Anna Brassor

Anne Brasseur Azərbaycana səfər edəcək

AŞPA prezidenti Anne Brasseur REAL sədri İlqar Məmmədova məktub yazıb.

İlqar Məmmədov 2013-cü il yanvarın 23-24-də İsmayıllıda kütləvi iğtişaşlardan sonra fevraslın 4-də həbs edilib. İğtişaşa icra hakimiyyəti rəhbərinin qohumları və yaxınları olan bir qrup şəxsin ədəbsiz davranışı səbəb olub. Məmmədov rayonda iğtişaşlardan sonra olub və o həbsini siyasi sifariş hesab edir.

Məmmədov Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 220.1 (kütləvi iğtişaşların təşkili) və 315.2-ci (polis əməkdaşlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olan güc tətbiqi) maddələri ilə təqsirli bilinib və 2014-cü ilin martın 17-də 7 il azadlıqdan məhrum edilib.

Ann Brasser bildirir ki, hazırda Azərbaycanda həbsdə olan vətəndaş cəmiyyətinin nümayəndələri, jurnalistlər, hüquq müdafiəçiləri kimi İlqar Məmmədovun da qarşılaşdığı vəziyyət ətrafındakı məsələni diqqətlə izləyir. “2014-cü ilin mayında Parlament Assambleyasının Bakıda keçirilən sessiyasında etdiyim çıxışlar, eləcədə də, ən yüksək siyasi səviyyədə ölkə rəhbərliyi ilə görüşlərim zamanı sizin üzləşdiyiniz məsələni dəfələrlə qaldırmışam.

Avropa İnsan Haqları məhkəməsinin həbsinizin qanunsuz hesab edildiyi 22 may 2014-cü il tarixli qərarında sizin həbsinizin və istintaq müddətinin uzadılmasını konvensiyanın pozulması kimi dəyərləndirməsi mənə sizinlə və Azərbaycanda hökuməti tənqid etdiyinə görə oxşar təzyiqlər, hədə-qorxu ilə üzləşən digər vətəndaşlarla bağlı məsələni qaldırmaqda yardımçı oldu. Mən əminəm ki, Avropa Məhkəməsi tərəfindən çıxarılmış bu qərar sizin tezliklə həbsdən azad edilmənizə yardım etmiş olacaq”, o qeyd edir.

AŞPA prezidenti yazır ki, Parlament Assambleyasının Strasburqda keçirilən iclasında bu məsələni Azərbaycan prezidenti İlham Əliyevin nəzərinə çatdırıb. “Müzakirələr zamanı prezident bu, eləcə də demokratiya, insan hüquqları, qanunun aliliyi prinsipləri, eləcə də gündəmdə olan digər məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün məni Azərbaycana işgüzar səfərə dəvət etdi. Mən prezidentin bu təklifini qəbul etdim və hazırda bu səfərin reallaşması üçün əlverişli tarix nəzərdən keçirilir”.

A.Brasser İlqar Məmmədovu əmin edir ki, Azərbaycanda həbsdə olan insan hüquqlarının müdafiəçilərinin azad edilməsi üçün səylərini bundan sonra da davam etdirəcək. “Mən həmçinin həbsxanalarda saxlanılan fəallarla da görüşlər keçirməyi planlaşdırıram və əgər həmin vaxt siz hələ də həbsdə saxlanılacaqsınızsa, mən sizinlə də mütləq görüşməyi düşünürəm”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG